Gürcüstan diplomatiyasının veteranları "Qazprom"la danışıqlardan narahatdır

Gürcüstan diplomatiyasının veteranları "Qazprom"la danışıqlardan narahatdır
03:17 11 Yanvar 2016
25 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Gürcüstanda sabiq səfirlər tərəfindən yaradılan "Diplomatlar Klubu" ölkə hökümətinin "Qazprom" şirkəti ilə apardığı gizli danışıqlardan narahatdır.
"Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, "Diplomatlar Klubu"nun üzvləri bəyan edib ki, ölkənin Energetika nazirliyi "Qazprom"la danışıqların təfərruatını ictimaiyyətə açıqlamalıdır.
"Dekabrın 27-də Sürixdə Energetika naziri Kaxa Kaladze ilə "Qazprom" nümayəndəsi Yelena Burmistrova arasında gizli görüş keçirilib. Bu, sayca dördüncü görüş olub. Hökümət daxilindəki mənbə olmasaydı, xalq görüşdən ümumiyyətlə xəbərsiz olacaqdı", deyə klub üzvləri qeyd ediblər.
Onların sözlərinə görə, qaz idxalı məsələsi, birbaşa olaraq Gürcüstanın suverenliyi ilə bağlı olan məsələdir. "Enerji bazarında Azərbaycanın başqa bir ölkə ilə əvəzlənməsi Gürcüstanın maraqlarına cavab vermir. Biz, Azərbaycan qazını Rusiyanın təklif edəcəyi qiymətdən daha ucuza alırıq", - deyə sabiq diplomatlar vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/gurcustanin-diplomatiyasinin-veteranlari-qazprom-la-danisiqlardan-narahatdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR