Böyük market pul qazanmaq üçün milyonlarından keçir

Böyük market pul qazanmaq üçün milyonlarından keçir
04:31 11 Yanvar 2016
33 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın iri supermarketlər şəbəkəsi “ASDA” qlobal iqtisadiyyatda müşahidə olunan böhranla əlaqədar, radikal ölçülər götürmək məcburiyyətində qalıb. ANS PRESS-in məlumatına görə, supermarket şəbəkəsi ərzaq məhsullarının satışı sektorunda itirdiyi müştəriləri geri “qazanmaq” üçün qiymətlərin aşağı salınmasına 500 milyon funt sterlinq (1 milyard 144 milyon 400 min azn) sərf edəcəyini bəyan edib.

“ASDA”nın bu gözlənilməz gedişatı Britaniya bazarındakı digər rəqibləri “Tesco”, Sainsbury`s” və “Morrisons” şəbəkələrinin yeni il mövsümündəki gəlirləri ilə bağlı hesabat verməyə hazırlaşdığı bir vaxta təsadüf edib. “ASDA” fevral ayında qədər gəlirlər haqqında statistikanı ictimailəşdirməyəcəyini bildirib.

“ASDA” bundan əvvəl 2013-cü ildə də pərakəndə satış qiymətlərini aşağı salınmasına 1 milyard funt sterlinlik (2 milyard 288 milyon 800 min azn) investisiya qoyduğunu elan etmişdi. “ASDA”nın əsas rəqiblərindən sayılan “Tesco” 2015-ci ilin 3-cü rübü və Milad-Yeni İl mövsümü ilə bağlı gəlir göstəricilərini cümə axşamı dərc edəcək.

Ehtimallara görə, şirkətin cari satışlarının 1.1 faiz gerilədiyi güman edilir. “ASDA”ya gəlincə təkcə 3-cü rübdə şirkətin satışlarının 4.5 faiz azaldığı bildirilir.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369370

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR