Şəmkirdə 2 yanğın hadisəsi olub

Şəmkirdə 2 yanğın hadisəsi olub
05:08 11 Yanvar 2016
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Şəmkirdə 2 yanğın hadisəsi olub

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Rayon mərkəzindən 24 km aralıda yerləşən Qaracəmirli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılan 10 ton ot bağlamasın da yanğın hadisəsi baş verib. Yanğın zamanı otun 5 tonu yanıb və qalanı eləcədə yaxınlıqdakı istixana yanğından mühafizə olub.

Digər yanğın hadisəsi də Qaracəmirli kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlədə baş verib. Yanğın zamanı tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan 16 ton ot bağlamasının 10 tonu yanıb. Yanğın söndürənlərin səyi nəticəsində alovun yaxınlıqdakı evə keçməsinin qarşısı alınıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2478646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR