Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

ABŞ lotereyasında 900 milyon dollarlıq cəkpotu udan olmayıb

ABŞ lotereyasında 900 milyon dollarlıq cəkpotu udan olmayıb

Date: 11 January 2016 05:17

Bakı. 11 yanvar. REPORT.AZ/ ABŞ tarixində ən böyük, 900 milyon dollarlıq lotereya cəkpotunu heç kim udmayıb. "Report" BBC-yə istinadən xəbər verir ki, Powerball tirajı qalibsiz nəticələnib.
Tirajdan əvvəl lotereya biletlərinin satış yerlərində uzun növbələr müşahidə olunub və uduş məbləği sürətlə artıb.
Beləliklə, uduş məbləği çərşənbə günü keçiriləcək tiraja əlavə olunur və növbəti cəkpotun 1,3 milyard dollar olacağı proqnozlaşdırılır.
Şənbə günü keçirilən tirajda udan rəqəmlər 32, 16, 19, 57 və 34, Powerball rəqəmi isə 13 olub.
Powerball lotereyasında ABŞ-ın 50 ştatından 44-ü və daha üç Amerika ərazisi iştirak edir. Tiraj hər çərşənbə və şənbə günləri yerli vaxtla 22:59-da keçirilir.
Qaliblərin iki seçimi olur: bütöv cəkpotu 29 il ərzində, illik ödəmələrlə almaq və ya birdəfəlik, daha kiçik məbləğ almaq. Bu səfər "daha kiçik" məbləğ 558 milyon dollar olacaqdı.

Tags:  ABŞ lotereyasında 900 milyon dollarlıq cəkpotu udan olmayıb

RƏYLƏR


Top news