Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya Suriyanı barrel bombası ilə vurdu

Rusiya Suriyanı barrel bombası ilə vurdu

Date: 11 January 2016 10:09

Rusiya orsuduna aid təyyarələr Suriyanın İdlib şəhərinin əl-Numan qəsəbəsində yerləşən bazar adlanan ərazisinə atdığı barrel bombası nəticəsində 70 nəfər ölüb, 133 nəfər yaralanıb.

ANS PRESS-in məlumatına görə, Rusiya ordusuna aid 2 təyyarə İdlib şəhərində yerləşən bazar adlanan ərazini, yaşayış məntəqələrini və məhkəmə binasını 4 barrel bombası ilə vurub. Hücumdan sonra binaların dağıntıları altında qalanları çıxarmaq üçün bütün ölkə vətəndaşları səfərbər olublar.

Ölənlərin çoxunun qadın və uşaq olduğu bildirilir. Ərazidəki xəstəxanalara aparılan yaralılardan 9 nəfəri Reyhanlı xəstəxanasına yerləşdirilib. Digər xəstəxanalara aparılan yaralılardan 2 nəfəri dünyasını dəyişib, 2 nəfərin isə həyatı üçün təhlükə olduğundan reanimasiyaya yerləşdirilib.

Xəstəxanada ölən 2 nəfərlə bərabər ölənlərin sayının 70-ə çatdığı bildirilir. Dağıntılar altında hələ də insanların qaldığı bildirilir. Bu səbəbdən də ölənlərin və yaralananların sayının artacağı istisna olunmur.


Tags:  barrel bombasi rusiya suriya olenler rusiya suriyani vurdu


RƏYLƏR


Top news