Qurama sərhədlər. Şərq partlayışa yaxınlaşır

Qurama sərhədlər. Şərq partlayışa yaxınlaşır
07:22 11 Yanvar 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

İraq və Türkiyə arasında münasibətlər yenidən gərginləşdi. Ankara dekabr ayının əvvəlində İraqın şimalına "Peşmərgə" kürd milislərinin döyüşçüləri üçün hərbi təlim keçmək məqsədilə göndərdiyi hərbi texnika və hərbçiləri çıxarmaqdan imtina edib. Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirdi ki, Türkiyənin hərbçiləri hazırda İŞİD-in nəzarəti altında saxlanılan "Mosul ərazisi tam azad olunanadək" İraqda qalacaqlar. Lakin ən nikbin ekspertlər belə Mosulun tezliklə azad olunacağına inanmırlar, bu isə o deməkdir ki, Türkiyənin hərbçiləri Bağdadın ən həssas ərazisində daha uzun müddət qalacaqlar.

Mosulun Türkiyə və İraq arasında münasibətlər üçün hansı əhəmiyyəti kəsb etdiyi barəsində bir qədər sonra söz açılacaq. İndi isə ən əsas məqamı qeyd edək - belə ki, siyasi xəritə artıq siyasi reallıqları əks etdirmir. Nə vahid Suriya var, nə də vahid İraq. Əksinə, xəritədə qeyd olunmayan, lakin əslində mövcud olan kvazidövlətlər yarandı. Sözügedən dövlət yenidir və əsası uzaq Avropa tərəfindən qoyulub. Rusiya da bir çox şey əldə edib - Konstantinopol, Bosfor və Dardanel, Ermənistan (bir vaxtlar Türkiyənin nəzarətində olan hissəsi), lakin bolşevik çevrilişindən sonra bunların hamısı yox oldu.

Yaxın Şərqin hazırki xəritəsi (İsrail istisna olmaqla) Birinci dünya müharibəsindən sonra, ötən əsrin 20-ci illərində yaranıb. Osmanlı imperiyasının tərkibində olan ərəb torpaqlarının aqibətini 1916-cı ildə imzalanmış Sayksa-Piko razılaşması, 1920-ci ildə San-Remoda keçirilmiş konfrans və 1923-cü ildə imzalanmış Lozanna sülh müqaviləsi təyin etdi. Onun dağıntıları üzərində Suriya, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistan yarandı. Fransa və Böyük Britaniya regionu iki koloniya imperiyasının nüfuz dairəsi arasında sərhəd çəkərək öz aralarında böldülər. Nəticədə Fransa isə səmərəli dövlət əldə etdi və buna görə də bu ərazini ilk olaraq 6 hissəyə böldü - Dəməşq, Ələvilər dövləti, Hələb, İskəndərun, Dürzilər dövləti və Böyük Livan.

Suriyanın idarə etdiyi ərazilər Parisin nəzarəti alıtna 1926-cı ildə keçdilər. Bununla belə, Livan bu siyahıdan çıxarıldı, çünki fransızlar əsasən xristianların çoxluq təşkil etdiyi dövlətləri saxlamaq niyyətində idilər. Dəməşqdə hələ də hesab edirlər ki, Livan Suriyanın tarixi ərazisidir, lakin qanunsuz yolla ondan alınıb. Balaca Livan (regionun dini qəlizliyinin gözəl nümunəsi hesab edilən) üç əsas və onlarla nisbətən əsas dinləri özündə birləşdirir. Buna baxmayaraq, 1920-ci ilə qədər Livan deyə bir ölkə mövcüd deyildi, bu, ölkənin bir dövlətin tərkibində qatı düşmənlərin birləşdirildiyi 20-ci əsrdə faciəvi tarix yaşadığını bildirir.

Suriyanın vəziyyəti bir qədər qənaətbəxş idi, çünki əhalinin 70-75 faizini sünni ərəblər təşkil edirdi və onun tərkibinə iki ən böyük və ən qədim şəhər - Dəməşq və Hələb də daxil oldu. Lakin artıq o zaman müstəmləkəçilər bir qədər gec partlayan minaları qoymuşdular. Livanın süni təcrid edilməsindən sonra Fransa İskəndərunu Türkiyəyə verdi, daha sonra bura Hatay əyaləti adlandırıldı, bu isə gələcəkdə Dəməşq və Ankara arasında münasibətləri gərginləşdirdi. Əsasən ələvilərin yaşadığı Latakiyanı Suriya ərazisinin tərkibinə salaraq, o gənc dövlətə dənizə çıxışı təmin etdi, neticə etibarı ilə isə dinlərarası münasibətlərin pisləşməsi müşahidə olundu. Belə ki, azlıq təşkil etməsinə baxmayaraq, enerjili və inadkar olan əlavilər ədavət və sünnilərin qısqanclığını artıraraq 60-cı illərin siyasətində hökmranlıq etməyə başladılar.

Digər məzhəb - druzlarsa, əksinə, özləri üçün heç nə əldə etmədilər. Etnik türklər- türkmənlər və kürdlər Suriyanın şimal ərazilərinin tərkibinə daxil oldular. Müxtəlif suriyalı xristianlar isə, məsələn, yakobitlər, katoliklər, pravoslavlar, melkitlər, ermənilər, katolik ermənilər - öz dövlətçiliklərini əldə etməyi bacarmadılar. Əgər Suriya bir anlayış olaraq artıq uzun müddət ərzində mövcuddursa, İraq -  tarixdə əvvəl olmamış yeni bir ixtiradır. Mesopotamiyanın ərəb torpaqlarına ingilislər neftverən Mosulu, böyük ticarət mərkəzini də daxil etdilər. Bu, İraq və Türkiyə arasında sərhəd mübahisəsinin yaranması ilə nəticələndi. Türkiyə şəhərin və ətraf ərazilərin itkisini 1925-ci ilədək qəbul etməkdən imtina edirdi. İraq da mürəkkəb tərkibli bir ölkə kimi yarandı: ərəblərin üçdə iki hissəsi şiə idi, üçdə biri isə sünni. Bundan əlavə, şimalda bir neçə dinə mənsub olan kürdlər yaşayırdılar: sünnilər, yezidlər, əli-ilahilər. Elə orada da nestorian kilsəsinə mənsub olan xristian assuriyalılar yaşayırdı. Roma imperiyasından bəri mövcud olan mandeyləri də qeyd etmək istərdik.

Ərəbistanın Hicaz vilayətindən olan Feysəli İngilislər İraqın yeni kralı elan etdilər. Bunun nəticəsi olaraq, dərhal kürdlərin üsyanları başladı. Bu İraqın bütün tarixi boyunca davam etdi. Ümumiyyətlə, kürdlər müstəmləkə yenidən bölüşdürüldükdən sonra Yaxın Şərqi hər kəsdən çox itirdilər. Bu günə qədər 45 milyon olduğu bildirilən xalq dövlətsiz qaldı, bunun nəticəsində isə o öz müqəddəratının təyin edilməsi uğrunda müharibəyə başladı. Bundan başqa, Səddam Hüseynin dövründə kürdlər iki ən böyük şəhər - Mosul və Kərkükdən də məhrum oldular. Beləliklə, Yaxın Şərqin ərəb dövlətləri Afrikanın müstəmləkə dövlətləri kimi süni müstəmləkə konstruksiyalarıdır. Onlar müxtəlif tayfaları və xalqaları birləşdirir və avropalı hökmranlar tərəfindən yaradılıb.

Əvvəlki sərhədlərin saxlanılmasında maraqlı olan güclü oyunçular mövcud olduğu müddətdə dövlətlər də mövcudluğunu saxlayırdı. Bu gün isə, amerikalıların 2003-cü ildə müdaxiləsindən və 2011-ci il "ərəb baharından" sonra hər şey daha da qəlizləşdi. Sabitliyin arxalandığı möhkəm avtoritar rejimlər çoxdu. Onların əvəzinə isə anarxiya, xaos gəldi və yeni dövlət birləşmələri yaranmaqdadır.

Birincisi, İraq və Suriya ərazisində məskunlaşan transmilli "İslam dövləti" yarandı. Onun mərkəzi olaraq Mosul təyin edildi. Formal olaraq İŞİD fanatik sünnilərin birləşdiyi etnik qruplaşma kimi qurulub. Lakin onun yaranması yüzlərlə xristian, yezidlər və digər "yanlışların" qırğını və tarixi torpaqlarından qaçqın düşmələrilə nəticələndi. Qərbdə bir şəxs siyasi düzgünlüyü pozaraq artıq Yaxın Şərq xristianlarının soyqırımı barəsində danışır. İraqın şimalı əvvəlki çoxkonfessiyalı ərazidən yalnız sünnilərin ərazisinə çevrilməkdədir. Unutmayaq ki, Suriyadakı vətəndaş müharibəsi orada da xristianların qırğını və qaçqın düşməsilə nəticələndi. Beləliklə, "diktator rejiminin" devrilməsi regionun əvvəlki etnik və dini müxtəlifliyinin məhv edilməsini bildirirdi.

İŞİD zəngin neft yataqları və səhrada vacib amil olan su resurslarına nəzarəti ələ keçirdi. Onun əsasən sünni ərəblərlin məskunlaşdığı ərazisi dəqiq qeyd olunub və buna görə də İŞİD-in fundamentalizmin bir növ qoruğu kimi qalmağa bütün şansları var (nüfuzunu genişləndirməyə cəhd etməsə).

İkincisi, İraqın tərkibində olan Kürdistan faktiki olaraq Bağdad hakimiyyətinin nəzarətindən çıxıb və 2014-cü ildə "peşmərgə" İŞİD-dən Kürdüstanın tərkibinə daxil olan Kərkükü aldığına görə, çətin ki, İraq hakimiyyətilə razılığa gələ bilsin. Bağdad heç vaxt Kərkükü kürdlərə verməyə razılaşmayacaq, kürdlər isə onu könüllü olaraq verməyəcəklər. Bütün bunlar ərəbləri kürdlərdən ayırır və faktiki olaraq vahid İraqın olmasının üstündən xətt çəkir. Əgər İŞİD nə vaxtsa çöksə, kürdlər, çox güman, Mosulu da işğal edəcəklər, çünki yalnız onlar bu bölgədə ən güclü silahlı birləşmələrə sahibdirlər. Türkiyənin bu şəhəri işğal etmək məqsədilə irimiqyaslı müdaxiləsi isə onu və İraqı müharibənin eşiyinə qoyacaq və Ankaranı dünya ictimaiyyətilə üzləşdirəcək. Sünnilər və şiələr arasındakı qarşıdurmaya isə yetərincə azad bir federasiyanın çərçivəsində son qoymaq olar. Belə ki, bu federasiya daxilində sünnilər Türkiyə və ya Səudiyyə Ərəbistana, şiələr isə İrana yönləndirilməlidir. Çətin ki, Suriya əvvəlki dövranına geri qayıtsın. Sünnilərin hökmranlığı ələvilərin məhv edilməsi ilə nəticələnə bilər, buna görə də ələvilər özlərini bu vəziyyətdən qorumaq üçün, qatı düşmənlərinin nəzarəti altında yaşamaqdansa, çox güman, Əsədin rəhbərliyi altında müstəqil dövlətdə yaşamağı üstün tutacaqlar. Əsədin yerinə Dəməşqdə və Hələbdə kim gələrsə-gəlsin, lakin həmin şəxs onun əvvəlki tolerant kursunu- xristianların və hər bir müsəlmanın sülh içində yaşadığı siyasəti davam etdirə bilməyəcək.

Müxalifətin əsasını sünni fundamentalistlərin (məsələn, "Cəbhət ən Nüsrə") təşkil etdiyini nəzərə alsaq, ölkədə sərt şəriət rejiminin tətbiq olunacağı qaçınılmazdır. Bununla belə, sonuncunun İŞİD-in tərəfinə keçəcəyini istisna etmək olmaz, çünki onlar arasında çox cüzi fərqlər var. Bu isə öz növbəsində suriyalı kürdlərin Dəməşqin nəzarəti altına qayıtmağa razılaşmayacaqlarını bildirir. Kompakt yaşayan druzları da unutmayaq. Onlar bu vəziyyətdə İsrailə arxalanırlar və orada yaşayan həmyerlilərinə onları İŞİD-in soyqırımından xilas etmələri üçün çağırışlar edirlər. Druzlar da Əsədin tabeçiliyindən çıxdılar, çünki Əsədin sülhü bərpa etmək və druzları qorumaq naminə göstərdiyi zəif cəhdləri onları məyus etdi.

Türkmənlərə gəldikdə isə, türklər onları çoxdan öz himayəsi altına götürüblər, hətta Rusiya ilə münaqişə etmək bahasına gəlsə də. Beləliklə, İŞİD-in süqutu baş versə belə, əvvəlki Suriya olmayacaq. Ən yaxşı halda İraqda olduğu kimi, yəni mərkəzə tabe olan federasiya və ya konfederasiyanı təsvir etmək olar. Bu o deməkdir ki, müharibədən sonra Bosniyanın vəziyyəti təkrarlanacaq, lakin bu daha acınacaqlı şəkildə baş verəcək.

Lakin bu vəziyyətdə də iddiaçı mütləq olacaq. Bunu isə "Kürdüstan" edəcək. Qərbin İraqın parçalanmasına müsaidə etməyəcəyinə dair verdiyi bəyanatlara fikir verməyə ehtiyac yoxdur, 1999-cı ildə elə orada Serbiyanın parçalanmasına və Kosovanın ayrılmasına yol verməyəcəklərini iddia edirdilər. Lakin əgər İraqdakı kürdlər tanınmış müstəqilliklərini əldə etsələr, bunu Suriyadakı, eləcə də Türkiyədə və İrandakı kürdlər də tələb edəcəklər. BMT-ni suveren "Kürdüstan"ın müstəqilliyini tanımaqdan saxlaya biləcək yeganə amil məhz budur. Lakin bu təqdirdə tanınmamış dövlətlərin kolleksiyası artacaq.

Orxan Hun
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Rusiyada terror hazırlayan 2 nəfər saxlanıldı

26 Aprel 2017 14:17

Rusiyanın “MiQ-31” qırıcı təyyarəsi qəzaya uğrayıb

26 Aprel 2017 14:17

İt toyundakı balabançı Aşıqlar Birliyindən qovuldu

26 Aprel 2017 14:14

Çavuşoğlu: “Türkiyəni cəzalandırmaq istəyirlərsə...” – VİDEO

26 Aprel 2017 14:13

Teymur Rəcəbov: "Şahmat tacı uğrunda mübarizə aparmaq istəyirəm"

26 Aprel 2017 14:12

"Qalatasaray" Sneyderlə bağlı qərarını verdi

26 Aprel 2017 14:12

Kişilərdə spermartırıcı təbii vasitələr

26 Aprel 2017 14:09

22 yaşlı kamança ifaçısının görüntüsü ürək dağladı - Öləndə də kamançasını qucaqladı - FOTO

26 Aprel 2017 14:05

Rusiyada təyyarə qəzaya uğradı – SON DƏQİQƏ

26 Aprel 2017 14:03

FTX direktoru: “İŞİD və başqa terrorçu qruplaşmalar birləşmək üçün danışıqlar aparır”

26 Aprel 2017 14:02

Onlar müəllim, biz tələbə deyilik - YETƏR ARTIQ

26 Aprel 2017 13:57

Heydər Əliyev Sarayı bir ilkə imza atdı - FOTO

26 Aprel 2017 13:57

Ronaldu və Kroos "Real"ın heyətinə daxil edilmədi

26 Aprel 2017 13:57

Şəmkirdə azyaşlı qızı dərmanla yuxuya verib təcavüz etdi

26 Aprel 2017 13:57

Lavrov-Məmmədyarov-Nalbandyan görüşü aprelin 28-də olacaq

26 Aprel 2017 13:54

Avropadan gələn ÖLÜM TƏHLÜKƏSİ - Azərbaycanda vəziyyət NECƏDİR?

26 Aprel 2017 13:53

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş vaxtı bilindi

26 Aprel 2017 13:52

Qadınları zorlamaq istəyən manyak tutuldu - FOTO

26 Aprel 2017 13:52

Sevdiyi qızı yataqda başqa kişi ilə tutdu və elə bir addım atdı ki... - FOTOLAR

26 Aprel 2017 13:48

"ABŞ bizi bu addımı atmağa vadar edir" - General

26 Aprel 2017 13:47

“İçerde” serialı haqqında SON QƏRAR

26 Aprel 2017 13:43

PA rəsmisi amerikalı siyasətçiyə YERİNİ GÖSTƏRDİ

26 Aprel 2017 13:43

Culiya Roberts "El-Klassiko"da - FOTO

26 Aprel 2017 13:42

Nazir müavini: "Qarşıya qoyulan vəzifələrin icrası ölkəmizin gələcək innovativ inkişafı üçün mühüm rol oynayacaq"

26 Aprel 2017 13:42

​Jurnalistlər üçün ekoloji jurnalistika mövzusunda təlim

26 Aprel 2017 13:42

Rusiya XİN: Moskvada Qarabağ görüşü olacaq

26 Aprel 2017 13:38

SOCAR: Azərbaycanın magistral qaz kəmərlərində texniki itki normadan aşağıdır

26 Aprel 2017 13:37

"Trampla problemləri olan Skott Dvorkin başqaları haqqında yalan danışmaqla təsəlli tapır"

26 Aprel 2017 13:37

Səlim Müslümov: ““İşsizlikdən sığorta haqqında” qanun layihəsi Milli Məclisə təqdim olunub”

26 Aprel 2017 13:37

Azərbaycan-Şimali İrlandiya oyununun yeri dəyişdirildi

26 Aprel 2017 13:34

XİN rəhbərləri Moskvada görüşəcək

26 Aprel 2017 13:33

Yığmamız Avropa Kubokundan kənarda qaldı

26 Aprel 2017 13:32

Səudiyyə naziri: "Azərbaycan neft hasilatını öhdəlikdən daha çox azaldıb"

26 Aprel 2017 13:32

Sərxoş qadına "Facebook"un canlı yayımında təcavüz etdilər - VİDEO

26 Aprel 2017 13:29

Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının görüşünün tarixi açıqlanıb

26 Aprel 2017 13:27

Bombardirlərimiz sonuncular sırasında

26 Aprel 2017 13:27

895 min manat vəsaitin büdcədən yayınmasının qarşısı alındı - DGK

26 Aprel 2017 13:24

Ən dadlı tikə kababı necə bişirmək olar?

26 Aprel 2017 13:24

Rus hərbi kolonları Donetskə hərəkət edir - MÜHARİBƏ SİQNALI

26 Aprel 2017 13:23

Milli dövlətçilik düşüncəsinin işığında

26 Aprel 2017 13:22

Azərbaycan Beynəlxalq Təhlükəsizlik Konfransında təmsil olunur

26 Aprel 2017 13:19

Nalbandyan Elmar Məmmədyarovla GÖRÜŞDƏN QAÇDI

26 Aprel 2017 13:18

Günün matçlarını yayımlayacaq kanallar

26 Aprel 2017 13:17

Ağdaşda DƏHŞƏTLİ QƏZA: 7 yaralı var

26 Aprel 2017 13:17

Azərbaycan - Şimali İrlandiya matçının stadionu dəyişdirilib

26 Aprel 2017 13:17

Ekspert: "AŞPA-nın qərarı nə Aİ-yə, nə də Türkiyəyə xeyir gətirməyəcək"

26 Aprel 2017 13:17

İşsizlik sığortası ilə bağlı qanun layihəsi parlamentə göndərildi

26 Aprel 2017 13:14

Məşhur olduqdan sonra tamamilə başqa qadına çevrilən ulduzlar – FOTOLAR

26 Aprel 2017 13:13

Azərbaycan müdafiə nazirinin müavini Moskvaya gedib

26 Aprel 2017 13:12

"SOCAR Trading": Kot d'İvuarda LNG terminalının tikintisinə ilin sonunda başlanacaq

26 Aprel 2017 13:12