Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İmişlidə 100 yerlik iki uşaq bağçası tikilir

İmişlidə 100 yerlik iki uşaq bağçası tikilir

Birinci vitse-prezident Pirşağıda 226 saylı körpələr evi-uşaq bağçasının açılışını edib (01 Mart 2017 20:22)
Mehriban Əliyeva Pirşağıda 226 saylı körpələr evi-uşaq bağçasının açılışında - FOTOLAR (01 Mart 2017 19:53)
Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında olub (01 Mart 2017 19:49)

Tarix: 11 Yanvar 2016 07:58


İmişli, 11 yanvar, Mahir Babayev, AZƏRTAC
İmişlidə hər biri 100 yerlik olmaqla iki uşaq bağçası tikilir.
AZƏRTAC xəbər verir ki, məktəbəqədər tədris müəssisələrinin tikintisinə 2014-cü ilin axırlarında başlanılıb. Şəhərin H.Aslanov və T.İsmayılov küçələrində inşa olunan körpələr evinin ikisi də ikimərtəbəlidir. Bağçalardan birində tikinti işləri tam başa çatdırılıb. Hazırda orada inventar və avadanlıqlar quraşdırılır. İkinci bağça binasının isə hörgü və suvaq işləri başa çatıb, dam örtüyü vurulub, qapı və pəncərələlər quraşdırılıb. Hazırda binanın daxilində və xaricində kosmetik işlər görülür.
Binalarının dayanıqlı enerji ilə təmin olunması üçün transformator yarımstansiyası qoyulub. Tədris müəssisələrinin həyətində də abadlıq işləri aparılır, gül kolları əkilir, yaşıllıqlar salınır. Uşaqların açıq havada əylənmələri üçün ərazidə oyun meydançaları yaradılır və müvafiq qurğular quraşdırılır. Bağçaların bu ilin birinci rübündə istifadəyə verilməsi nəzərdə tutulub.


Teqlər:  İmişlidə 100 yerlik iki uşaq bağçası tikilir



RƏYLƏR


Top xəbərlər