Bakı. 11 yanvar. REPORT.AZ/ İspaniyanın "Betis" futbol klubunun rəhbərliyi Pep Meli baş məşqçi postundan istefaya göndərib. "Report"un klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, buna komandanın uğursuz çıxışları səbəb olub.
52 yaşlı mütəxəssis 2014-cü ilin dekabrından rəhbərlik etdiyi komandanı Primeraya çıxarıb. Amma hazırda "Betis" 19 oyundan 20 xalla 14-cü pillədə qərarlaşıb. Meli kimin əvəzləyəcəyi hələ bilinmir.
Qeyd edək ki, "Betis" növbəti matçını yanvarın 13-də İspaniya Kubokunun 1/8 finalında "Sevilya"ya qarşı keçirəcək. Daha öncə "Real Madrid" Rafael Benitesi istefaya göndərərək, onu Zinəddin Zidanla əvəzləyib.