Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakının əsas prospektlərində sıxlıq yaranıb

Bakının əsas prospektlərində sıxlıq yaranıb

Date: 11 January 2016 09:30

Bu gün səhər saatlarından Bakı şəhərinin əsas prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Məlumata görə, hazırda Moskva prospekti (mərkəzə tərəf), Tbilisi prospekti (mərkəzə doğru), Ziya Bünyadov prospekti (20 Yanvar dairəsi istiqamətdə) və Nobel prospektində ("Nargilə" kafesinin qarşısından mərkəzə doğru) avtomobillərin hərəkətində sıxlıq müşahidə edilib.

Bundan başqa, paytaxtın Yusif Səfərov küçəsində (Neftçilər Xəstəxanasının qarşısı), Zərifə Əliyeva küçəsi, habelə Neftçilər prospektində (Kukla Teatrına doğru) nəqliyyat vasitələrinin hərəkətində intensivlik müşahidə edilmir.


Tags:  neqliyyat vasitelerinin hereketi hereketde sixliq bakida sixliq

RƏYLƏR


Top news