Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

​"Qəbələ" klubu Səlahət Ağayevi transfer edib

​"Qəbələ" klubu Səlahət Ağayevi transfer edib

Date: 11 January 2016 09:27

Bakı. 11 yanvar. REPORT.AZ/ Bir müddət əvvəl Bakının "İnter" futbol komandası ilə yollarını ayıran qapıçı Səlahət Ağayevin yeni klubu müəyyənləşib. "Report"un əldə etdiyi məlumata görə, 25 yaşlı əlcək sahibi bundan sonra "Qəbələ"nin uğurları üçün çalışacaq.
Azərbaycan milli komandasının üzvü ilə 1.5 illik müqavilə imzalanıb. Razılaşmaya əsasən, Ağayev "qırmızı-qaralar"ın heyətində ilinə 80 min dollar qazanacaq. Artıq o, Türkiyənin Antalya bölgəsində keçirilən təlim-məşq toplanışına qatılıb. Bunu "Qəbələ"nin rəsmi saytının təqdim etdiyi görüntülər də sübuta yetirir.
Qeyd edək ki, Səlahət Ağayev karyerası ərzində MOİK və "Sumqayıt"ın da formasını geyinib. O, maddi məsələlərdə anlaşa bilmədiyi üçün "İnter"lə müqaviləsini uzatmayıb.

Tags:  Qəbələ klubu Səlahət Ağayevi transfer edib

RƏYLƏR


Top news