Bakıda 4 ton mənşəyi bilinməyən ət tapıldı

Bakıda 4 ton mənşəyi bilinməyən ət tapıldı
09:33 11 Yanvar 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Aşağı Güzdək qəsəbəsində 4 tona yaxın mənşəyi məlum olmayan ət aşkarlanıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ölkə ərazisində epizootoloji sabitliyin saxlanması və əhalinin sağlamlığının təhlükəli yoluxucu xəstəliklərdən və qida zəhərlənmələrindən qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Dövlət Baytarlıq Nəzarəti Xidməti Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini, icarədar olan Sərdar Şıxəliyevə məxsus heyvanların kəsimi və qəbulu məntəqəsində reyd keçirib. Reyd Daxili İşlər Nazirliyinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun iştirakı ilə aparılıb.

Reyd nəticəsində 4 tona yaxın mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran heyvan cəmdəkləri, xeyli miqdarda sümükdən ayrılmış ət, heyvan sümükləri və skilletləri aşkar olunub.
Mənşəyi məlum olmayan həmin heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və bu işlə məşğul olan vətəndaşlar barəsində ciddi inzibati tədbirlər görüləcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=369377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR