Elza Seyidcahan kitab çıxarır (FOTO)

Elza Seyidcahan kitab çıxarır (FOTO)
09:51 11 Yanvar 2016
33 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Elza Seyidcahan yaxın günlərdə şeirlərindən ibarət kitab çıxaracaq.

Bu barədə bəstəkar-müğənni özü ANS PRESS-ə açıqlamasında bildirib. Onun sözlərinə əsasən, kitabın adı: "Mən dəlinin rəssamı" olacaq.

"İnşaallah, tez bir zamanda işıq üzü görəcək kitab 30 şerdən ibarət olacaq. Kitabın tərtibatı ilə Elxan Əlisanov məşğul olur. İlk kitabım olduğu üçün onu Azərbaycan dilində çıxaracam. Daha sonra çıxacaq kitablarımın həm rus, həm ingilis variantları olacaq. Şeirlərin fəlsəfi məna daşıdığından, onların hər birinin yanında açıqlaması da olacaq", - deyə əməkdar artist bildirib.

Elza Seyidcahan bu yaxınlarda oğlu Ələkbərin ona efirdə şer deməsinə qadağa qoyması məsələsinə də toxunaraq, kitabı, əslində oğlunun bu sözündən sonra çıxarmaq qərarına gəldiyini dedi.

"Oğlum mənə qadağa qoymayıb. O, elə tərbiyə görməyib ki, mənə qadağa qoysun. Mən ona qadağa qoya bilərəm, çünki anasıyam. Sadəcə istəmirdi mən efirdən şeir deyim. Demişdi ki, şeirlərimi kitab şəklində çıxarım. Amma mən həm efirdən şeir deyirəm, həm kitabımı çıxarıram", - deyə bəstəkar-müğənni əlavə edib.

Elza Seyidcahan kimdir?

Elza Seyidcahan - Azərbaycan bəstəkarı, müğənnisidir. I dərəcəli vokalist, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

O, 7 iyul 1968-ci ildə Siyəzən şəhərində anadan olub. 1975-ci ildə Siyəzən şəhəri 1 saylı orta məktəbə daxil olub, 1977-1982-ci illərdə Sumqayıt şəhər 17 saylı orta məktəbdə təhsilini davam etdirib. 1982-1987-ci illərdə S.Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, 1994-2000-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor, xalq artisti Arif Məlikovun sinfində təhsil alıb.

2001-ci ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. Bir sıra teatr və televiziya tamaşaları, eləcə də H.Əliyevə həsr olunmuş "Mənim şəhərim" bədii filminə musiqilər bəstələyib. Onun bəstələdiyi musiqiləri məşhur müğənnilər ifa edir.

Son vaxtlar isə Elza Seyidcahan yazdığı şerləri ilə gündəmə gəlib. Hətta, o, ötən ilin fevral ayında "ilin şairəsi" də seçilib.


Elza Seyidcahana verilən fəxri ad - ilin şairəsi


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369304

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR