Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yalan söylədiyi üçün aparıcını məhkəməyə verdilər

Yalan söylədiyi üçün aparıcını məhkəməyə verdilər

Date: 11 January 2016 10:24

Türkiyənin tanınmış həkimi Ender Saraç aparıcı Özlem Yıldızı məhkəməyə verib.

Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, Ender Saraçın sağlam arıqlamaq üçün hazırladığı “sarımsaq çayı” reseptini internetdə artıq çəkilərdən xilas olmaqdan ötrü dərman satan firmalardan biri istifadə edib.

Firma dərmanlarının reklamı üçün isə aparıcı Özlem Yıldızla razılığa gəlib. Aparıcı yayımlanan reklamda Ender Saraçın yanına getdiyini və onun çayı ilə ideal bədən quruluşuna sahib olduğunu deyib. Deyilənlər isə həqiqəti əks etdirmədiyindən E.Saraç Özlemə 70 min lirəlik (təxminən 36 min manat) təzminat davası açıb.
 
Aparıcı isə “Əlimə mətn verdilər, mən də oxudum. Əsla pis niyyətim olmayıb” deyə özünü müdafiə edib.
 
Ender Saraç cavabında “Karyeram boyunca ilk dəfə kimisə məhkəməyə vermişəm. Kiminsə insanların səhhəti ilə oynamasına icazə vermərəm” söyləyib.


Tags:  Ender Sarac Ozlem Yildiz Ender Sarac Ozlem Yildiz mehkeme

RƏYLƏR


Top news