Dağıstanda xüsusi əməliyyat nəticəsində bir yaraqlı məhv edilib

Dağıstanda xüsusi əməliyyat nəticəsində bir yaraqlı məhv edilib
09:52 11 Yanvar 2016
19 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Dağıstanın Tsumadin rayonunda keçirilən xüsusi əməliyyat nəticəsində yerli yaraqlı dəstənin bir üzvü məhv edilib.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Əməliyyat məlumatına görə, Kvanada kəndindəki evlərin birində yerli quldur dəstənin bir yaraqlı üzvü gizlənib. Təslim olmaq təklifinə cavab olaraq isə o, təhlükəsizlik işçilərinə atəş açıb. Nəticədə cavab atəşi ilə o zərərsizləşdirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/region/dagistanda-xususi-emeliyyat-neticesinde-bir-yaraqli-mehv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR