Dolların qiyməti dəyişmədi

Dolların qiyməti dəyişmədi
09:59 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Dollar yeni həftəyə sabitləşmə ilə başladı. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın yenidən dəyərdən düşməsinə yol açıb.

Bu gün Azərbaycanda ABŞ dollarının məzənnəsi ötən həftə olduğu kimi qalıb. Azərbaycan Mərkəzi Bankı 11.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsini 1,5642 səviyyəsində müəyyən edib.

Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.7009 manatdan 1.7072-yə yüksəlib.

Rusiya rublu isə cüzi ucuzlaşıb. Rubl 0.0209-dan 0.0208 manata enib.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369381

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR