Böhran, əslində, inkişafdır

Böhran, əslində, inkişafdır
09:57 11 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Dünya iqtisadiyyatı yeni böhran içində vurnuxur, qıvrılır, çıxış yolu arayır. Nə baş verir: qlobal maliyyə və iqtisadi sistem çökür, yoxsa bundan sonrakı inkişafa, "sağalma"ğa doğru son maneəni qət edirik?
İlk baxışdan qəribə, hətta paradoksal görünsə də, ikinci varianta üstünlük verirəm.
Baş verənləri mümkün qədər sadə izah etməyə çalışsaq, ciddi fərqlərin varlığına rəğmən indiki vəziyyət 30 il əvvəlki situasiyanın, sanki, təkrarıdır.
Xatırladım: həmin vaxilarda dünya iqtisadiyyatı 1970-ci illərin sonu-1980-ci illərinə əvvəlindəki böhrandan çətinliklə çıxırdı. ABŞ və Avropa Birliyinin iqtisadiyyatı neft qiymətlərinin onilliklər boyu davam etmiş bahalığı nəticəsində zəifləmişdi. Kütləvi silahlanma, maliyyə bazarlarındakı burulğanlar da bir yandan.

Fəqət, artıq 1983-1984-cü illərdə cavab tədbirləri hiss olundu. ABŞ-da inflyasiyanın tempi aşağı salındı, dollar sürətlə bahalaşmağa başladı, dünyanın ən müxtəlif ölkələrindən maliyyə axını Birləşmiş Ştatlara döndü.
Bir az da keçdi, bəlli oldu ki, dünya bazarlarında neftin həddən artıq baha olması ABŞ yox, SSRİ-nin iqtisadiyyatının çökməsinin əsasını qoydu. Qərbdə iqtisadi inkişaf sürətləndi, "soyuq savaş" başa çatdı, 1990-cı illər isə tarixin sonunun çatdığını deyənlər artdı. Çünki Qərb həddən artıq uğurlu idi.
İndi tarixin yeni döngəsi üçün start mövqeləridir. 30 il əvvəl olduğu kimi, böhran yenə Qərbi daha da güüclüü edəcək, Qərbin rəqiblərini daha da zəiflədəcək.
Son onilliklərdəki iqtisadi ləngərlərin məntiqinə nəzər salaq.
1970-ci illərdə Qərb ölkələrində bədbinlik hökm sürürdü. Asiya və Afrikada müstəmləkə zülmündən qurtulmuş ölkələr yeni iqtisadi düzəni tələb edirdilər. Ərəb ölkələri xam neftin qiymətini iki dəfə qaldırdılar və buna görə də 1982-ci ildə "qara qızıl"ın qiymətləri 1972-ci illə müqayisədə nominal hesabla 13,3 dəfə artıqdılar. 1980-ci ildə ABŞ-da illik inflyasiya tarixi maksimum təşkil edən 10,3 faizə çatmışdı. 1984-cı ildə DİJA (Dow Jones Industrial Average İndex) 1972-ci illə müqayisədə 2 dəfə aşağı idi.

Formal olaraq SSRİ qüdrətinin zirvəsində idi və bu səbəbdən də 1979-cu ildə Əfqanıstanı işğal etdi. Yaponiya amerikalılar üçün yaxın gələcəkdə ABŞ-ı dünyanın ən qüdrətli iqtisadiyyatı mövqeyindən devirəcək ölkə təsiri bağışlayırdı.
Amma sonra çağırışlara cavab verən və təhlükələrin qarşısından geri çəkilməyən Qərb "ayıldı". Texnologi üstünluk ona liderliyi geri qaytarmağa imkan verdi, inkişaf etməkdə olan dövlətlər borc bataqlığına sürükləndi (1984-1987-ci illərdə dünyada rekord sayda suveren defoltlar qeydə alındı), Sovetlər Birliyinin sonu isə sürətli və kədərli odu.
Elə həmin vaxtda tarixin yeni mərhələsi başlandı və göstərdi ki, hətta çox ağrılı təcrübə belə, səhvlərdən nəticə çıxara bilməyənlərə, ya da bunu etmək istəməyənlərə heç nəyi öyrədə bilməz.
Yeni tarixi dövrün BİRİNCİ MƏRHƏLƏsi 1990-cu illərin sonlarına və 2000-ci illərin əvvəllərinə təsadüf etdi. Həmin mərhələnin əsas məqamları inkişaf etməkdə olan ölkələrdə sənayeləşmənin sürətlənməsi, xammal bazarlarında qiymətlər "inqilabı" üçün zəmin hazırlanması oldu. Asiya ölkələrinin emal sənayesinin sürətli inkişafı istehlak və yüksək texnologiya məhsullarının əksəriyyətinin qiymətlərini aşağı saldı, tələbatı artırdı. Tələbatın artımı isə istehsalın tam fərqli həcmini tələb etdiyindən xammalın az qala bütün növləri bahalaşdı.
İndi geriyə baxanda 1997-1998-ci illərdə Cənub-Şərqi Asiya ölkələrində yaşanmış ağır böhran sənaye dirçəlişini cəmi bir neçə ay ləngitmiş "qısamüddətli zökəm" təsiri bağışlaya bilər. Çinin imkanları az qala hədsiz təsir bağışlayırdı. İqtisadçı ekspert Cim O-Nil isə BRİCS ideyası ilə eynən "tarixin sonu"ndan bəhs edən Frensis Fukuyama qədər populyarlaşdı.

Xammalın və enerjidaşıyıcılarının bahalaşması sayəsində başqa şərtlərdə və situasiyada hətta uğurlu inkişaf üçün zərrə qədər şansları olmayan Nigeriya, Venesuela, Rusiya kimi ölkələr də inkişaf etdilər.
İKİNCİ MƏRHƏLƏ 2000-ci illərin ortalarına, bazarlara nisbi stabilləşmənin qayıtdığı dövrlərə təsadüf edir. Xam neftin qiymətləri qismən normallaşdı. 2009-cu ildəki geriləmə nəzərə alınsa belə, 2007-2014-cı illərdə neftin bir bareli orta hesabla 92,7 dollardan satılırdı. Bu isə 1990-cı illərdəki orta səviyyədən 3,4 dəfə çox idi.
Qərb ölkələrinin iqtisadiyyatları xammalın bahalığına uyğunlaşdılar. 2008-2009-cu illərdəki  ağır maliyyə və iqtisadi böhransa dünya bazarlarında aktiv şəkildə borc almağa başlamış inkişaf etməkdə olan ölkələr üçün tələyə çevrildi.
Sonucda ağır böhranı Qərb 30 il əvvəlki dövrlə müqayisədə nisbətən az itkilərlə başa vurdu.
Xammal bazarlarındakı yüsək kotirovkalar o zamanadək misli görünməmiş qənaət dalğasını yaratdı, bəpa olunan enerji mənbələrinin istehsalını kəkin şəkildə artırdı, neft və təbii qaz hasilatında texniki inqilaba təkan verdi.
Bütün bunlar ABŞ və Avropa Birliyində sənaye istehsalının artımına səbəb oldu, inkişaf etməkdə olan ölkələrin istehlak bazarlarında təklif tələbatı üstələdi. Yaşananların məntiqi sonucu Çin iqtisadiyyatında inkişafın zəifləməsi oldu ki, həmin hadisə də xammal qiymətlərinin ucuzlaşacağının ilk xəbərdarlığı idi.
Son illərdə həddən artıq bədxərcliklə yaşayan, neft və qaz satışlarından əldə olunan pullara güvənən ölkələr hasilatı azaltmadıqlarından yeni ucuzlaşmaya səbəb oldular.
Hazırda yaşanan ÜÇÜNCÜ MƏRHƏLƏ 1980-ci illərdəki situasiyanın təkrarıdır. ABŞ-ın Federal Ehtiyat Sistemi faiz dərəcələrini artırmağa davam edir, Avropa Birliyinin Mərkəzi Bankı da analoji qərar qəbul etməyə hazırlaşır. Bu isə inkişaf etməkdə olan ölkələrdən pulların Qərbə axınına, həmin dövlətlərin valyuta ehtiyatlarının azalmasına səbəb olacaq.
Məsələn, Çin ötən il valyuta ehtiyatlarının 512 milyardını itirib.

Geri qayıdan investisiyalar ABŞ və Avropa Birliyinin iqtisadiyyatlarına yeni təkan olacaq, dolları daha da möhkəmləndirəcək.
OPEC, xüsusilə də Səudiyyə Ərəbistanının sutkalıq hasilat tempini aşağı salmaq istəməməsi, İranın da dünya bazarlarına çıxardığı xam neftin həcmini artırmağa hazırlaşması "qara qızıl"ın satış qiymətlərini 1 barrel üçün 25-27 dolara sala bilər.
Bir neçə ay sonra dünyanın əksər yerlərində istehlak məhsullarına tələbat kəskin şəkildə azalacaq, Çin fond birjalarındakı əməliyyatları bir neçə dəfə dayandırmaq məcburiyyətində qalacaq.
Çin iqtisadiyyatının real artım templəri bu il 4-4,5 faizi keçməyəcəyindən bazarların "Səmaaltı imperiya"nın maliyyəsinə inamı azalacaq.
Böhranı yalnız iqtisadiyyatının qeyri-neft sektorunu sürətlə inkişaf etdirən dövlətlər nisbətən az itkilərlə dəf edə biləcəklər.
Göründüyü kimi, dünya Qərbin yeni intibah mərhələsinə qədəm qoyur. Bəhs etdiyimiz mərhələ 2020-ci illərədək davam edə bilər və əvvəllər olduğu kimi, Qərbin maliyyə sisteminin stabilliyinə yönələ bilər. ABŞ və Avropa Birliyi indi investisiyalar üçün ən etibarlı məkanlar təsiri bağışlayırlar. Böhran həm də bərpa olunan enerji və xammala qənaət, biotexnologiyalar və səhiyyə, habelə süni intellektin yaradılmasına söykənən yeni innovasiya dalğası yaradacaq.
Belə şəraitdə dolların çökəcəyi, BRİCS ölkələrinin sürətlə inkişaf edəcəkləri, neft qiymətlərinin qəflətən bahalaşacağı və s. kimi xəyallara inanmağa dəyməz.

Bütün bunları Corc Soros da daxil olmaqla, məşhur investorların bəhs etdikləri "yeni qlobal böhran"" saymaq olarmı?
Qismən, çünki yaşananlar dövrü olaraq bu və digər, obyektiv və ya təsadüfi şərtlərlə pozulan normaya qayıdışdır. Normal cəmiyyətdə, ölkədə və sosiumda primitiv həyasızlıq və qabalıqla müqayisədə intellektin qazancı daha çoxdur, qanunlara riayət etmək cinayətkarlıqla müqayisədə uğurun daha asan reseptidir, ən nəhayət, əmək və insan kapitalına stavka sonsuz xammal satışlarına ümiddən daha effektivdir.
İnkişaf etməkdə olan ölkələrin 2000-ci illərdəki qəfil sıçrayışları yüz milyonlarla insana ümid verdi, müasir yüksək texnologiyalı məhsulların satış bazarlarını genişləndirdi.
Lakin Karaka, Ər-Riyad, Tehran, Laqos, Pekin, Yohannesburq və başqa şəhərlərdəki insanların tam əksəriyyətinin hələ ötən ilin əvvəllərində qaçılmaz reallıq, gerçəklik saydıqları nəsnənin illüziya olduğu aşkarlandı.
Sadəcə, xammal heç bir ölkəni inkişaf etdirə bilməz, dünya iqtisadiyyatında və siyasətində inqilab yaratmaz.
Hər şeyə rəğmən, dünya iqtisadiyyatı stabilliyi sevir.

Elçin Alıoğlu
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dünya kompüter və planşetlər bazarında azalma davam edəcək

30 May 2017 17:35

Hakimiyyəti cadu ilə idarə edən, rəqiblərinin sirlərini maqlarla öyrənən DÖVLƏT BAŞÇILARI

30 May 2017 17:33

Samira Efendi prodüsser İdris Cəfərovla müqavilə imzaladı - VİDEO

30 May 2017 17:32

Sərbəst buraxılan iş adamı kimləri aldadıb? - FAKTLAR

30 May 2017 17:32

"İnter"in Avropa Liqasında ev oyunlarını keçirəcəyi stadion dəyişib

30 May 2017 17:32

Türkiyə prezidentinin baş müşaviri: Erməni tarixçiləri belə "erməni soyqırımı"nın yalan olduğunu etiraf edirlər

30 May 2017 17:29

Birinci vitse-prezident: “Bakı və Sumqayıtda qəzalı vəziyyətdə olan binalarda hələ də minlərlə insan yaşayır”

30 May 2017 17:27

Hollandiya Senatı Ukrayna və Aİ arasında Assosiasiya Sazişinin ratifikasiyasını dəstəkləyib

30 May 2017 17:27

Muğanbankdan yeni əmanət

30 May 2017 17:27

Bir ildə iki faciə yaşayan Nüşabə Ələsgərli: "Məhv olurdum, məni o sevgi diriltdi..."

30 May 2017 17:27

Jurnalistlər Lənkəranda Respublika Gününü qeyd edib

30 May 2017 17:24

Erməni tarixçiləri qorxuya salan kitab Bakıda təqdim olundu - FOTOLAR

30 May 2017 17:23

​Ramazan vaxtı yatmaq

30 May 2017 17:23

Polisin öldüyü qəzanın görüntüsü yayıldı - VİDEO

30 May 2017 17:22

İntihar edən dünya çempionunun FOTOları

30 May 2017 17:22

İftar süfrəsi hazırlayan qadın ərini bıçaqladı

30 May 2017 17:22

“Meşənin içi ilə 11 kilometr cənazəni çiynimizdə apardıq" – “0 NÖQTƏSİ”DƏN REPORTAJ

30 May 2017 17:19

Qadın sinəsinin sağlamlığı üçün yerinə yetirilməsi vacib olan hərəkətlər - VİDEO

30 May 2017 17:18

Siqaret hər il 7 milyon insanı öldürür

30 May 2017 17:17

O da Tottinin ardınca getdi - RƏSMİ

30 May 2017 17:17

"Petkim" Egey bölgəsinin ikinci ən böyük şirkəti olub

30 May 2017 17:17

"Qəbələ"nin forvardı türk xanımla nişanlandı - FOTO

30 May 2017 17:17

Prezident İlham Əliyev yeni tikilən yolların açılışında iştirak edib

30 May 2017 17:17

Azərbaycanın kontinental velosiped komandası Ukraynada növbəti reytinq xalları qazanıb (FOTO)

30 May 2017 17:15

Ebrudan Mübariz Mənsimovun təklifi ilə bağlı deyilənlərə REAKSİYA

30 May 2017 17:12

Avstraliya təyyarəsi QƏZAYA UĞRADI: ölənlər var

30 May 2017 17:12

Azərbaycanlı məşhur xanım İŞİD-ə qoşuldu

30 May 2017 17:12

Prezident yol açılışında

30 May 2017 17:08

Moskvada qasırğa “Aeroflot”un iki təyyarəsini zədələdi

30 May 2017 17:08

"Real" 101 milyona aldığı futbolçunu bu kluba satır

30 May 2017 17:07

Bakıda dünya və Avropa çempionu özünü 10-cu mərtəbədən atdı - FOTO

30 May 2017 17:05

Siqaret ciyərlərinizi belə məhv edir - VİDEO

30 May 2017 17:03

Bakıda britaniyalı rəssamın “İçərişəhərin 100 görüntüsü” adlı sərgisi açılacaq

30 May 2017 17:02

Prezident İlham Əliyev və xanımı Yasamal rayonunda yeni tikilən yolların açılışında iştirak ediblər

30 May 2017 17:01

“Zirə” legionerlə müqavilə imzaladı

30 May 2017 16:57

Bakıda polislərin düşdüyü qəzanın dəhşətli görüntüləri

30 May 2017 16:56

Heydər Əliyev Sarayında möhtəşəm bayram konserti

30 May 2017 16:55

Respublika Günü media nümayəndələrinin iştirakı ilə Lənkəranda qeyd olunub

30 May 2017 16:54

Ağ Evdə ikinci böyük İSTEFA

30 May 2017 16:53

Ehtiyatsız davranma baha başa gələ bilər

30 May 2017 16:50

Güzəştli mənzillər üçün müraciət asanlaşdı

30 May 2017 16:48

Ukraynalı qızların heç yerdə görmədiyiniz FOTOLARI

30 May 2017 16:48

Azərbaycan ərazisində seysmotomoqrafiya işlərinin aparılmasına başlanıb

30 May 2017 16:47

Gözəl Bayramlının evlərində axtarış aparılıb

30 May 2017 16:44

Moldovanın baş naziri Rusiya diplomatlarının ölkədən çıxarılmasının səbəbini açıqlayıb

30 May 2017 16:42

Masonların iki əsrlik planına qarşı: Yeni prezident SÖZ VERDİ

30 May 2017 16:38

Hesablama Palatası: Birdəfəlik təyinatlı xərclər üzrə hesabatlılıq sistemi təkmilləşdirilməlidir

30 May 2017 16:37

“SOCAR Petroleum”:“Yanacaq növlərinin keyfiyyətinə səlahiyyətli dövlət qurumlarının laboratoriya sınaqları vasitəsilə nəzarət olunur”

30 May 2017 16:37

Güzəştli Mənzil Sistemi "Elektron hökumət" portalı üzərindən fəaliyyətə başlayıb

30 May 2017 16:36

RƏY: Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların hesabatlılıq səviyyəsinin yüksəldilməsinə ehtiyac var

30 May 2017 16:36