Aparıcı Saba Tümer adı eşq dedi-qodularında hallanan idman müəllimi Uğur Güvenlə əl-ələ görüntülənib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha əvvəl münasibətlərini inkar edən aparıcı bu dəfə müəllimi ilə səmimi davranışlarıyla diqqət çəkib. Getdikləri kafedə əl-ələ oturan cütlük daha sonra məkanı ayrı-ayrılıqda tərk edib.
Əhvalının yüksək olması nəzərdən yayınmayan Saba paparassiləri salamlamağı da unutmayıb.