Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sürücü cərimələrini yoxlayan sistem "çökdü" - FOTO

Sürücü cərimələrini yoxlayan sistem "çökdü" - FOTO

Date: 11 January 2016 10:12

Yanvarın 10-da cərimələr və cərimə balları barədə məlumatları özündə saxlayan serverdə xəta baş verib. Milli.Az avtosfer.az-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin saytında cərimə və balı yoxlamaq istədikdə nəticə əvəzinə bu xəbərdarlıq yazılır: "Profilaktik tədbirlərlə əlaqədar hal-hazırda server müvəqqəti olaraq işləmir. Xahiş edirik, bir az sonra bir daha cəhd edəsiniz".

Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət Ödəniş Portalından da cərimələrə baxmaq mümkün deyil: "Daxili İşlər Nazirliyi ilə informasiya mübadiləsində xəta baş vermişdir. Təşkilatın servisi qeyri-aktivdir".
Həmçinin Asan Ödəniş Portalında da cərimə balları olan bölmə işləmir: "Xəta 1100: Xəta baş verdi".

Milli.Az
 






Tags:  Sürücü cərimələrini yoxlayan sistem çökdü FOTO


RƏYLƏR


Top news