"Qızıl qlobus": Di Kaprio "ən yaxşı aktyor" seçildi - FOTO

"Qızıl qlobus": Di Kaprio "ən yaxşı aktyor" seçildi - FOTO
10:12 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Hollivudun Əcnəbi Media Assosiasiyasının təsis etdiyi "Golden Globe" mükafatlarının təqdimat mərasimi keçirilib.
Hollivuddakı "Beverly Hilton" otelində təşkil olunmuş 73-cü mərasimini NBC telekanalı translyasiya edib.
1942-ci ildə təsis olunmuş "Golden Globe" mükafatı Hollivudda akkreditə olunmuş əcnəbi jurnalistlər tərəfindən ən yaxşı kinolentlərə və televiziya filmlərinə görə verilir. Assosiasiyada 55 ölkədən 90-dan artıq jurnalist var.
Milli.Az TMZ-yə istinadən bildirir ki, amerikalı aktyor, Hollivud ulduzu Leonardo Di Kaprio "The Revenant" filmindəki baş roluna görə "Ən yaxşı kişi rolu" mükafatını alıb. 

Ötən il "Ən yaxşı aktyor" nominasiyasında "Golden Globe"u Redmeyn almışdı.
"Ən yaxşı rejissor işi" nominasiyasında "The Revenant" filminin rejissoru Alehandro İnyaritta qalib gəlib.
"Ən yaxşı dramatik qadın rolu" nominasiyasının qalibi "The Room" filmində baş rol oynamış Bri Larsondur.
Hollivudun canlı əfsanəsi, aktyor Silvestr Stallone karyerasında ilk dəfə "Golden Globe" alıb. O, "Creed" filmindəki roluna görə "İkinci planda ən yaxşı aktyor" nominasiyasında lider sayılıb. Stallone indiyədək 3 dəfə bu mükafata iddialı olub.

Nominasiyaları və qalibləri təqdim edirik:
"Ən yaxşı komediya, müzikl" - "The Martian"
"Ən yaxşı komediya aktyoru" - Mett Deymon ("The Martian")
"Ən yaxşı komediya aktrisası" - Cennifer Lourens ("Joy")
"Ən yaxşı ssenari"  - Aaron Sorkin ("Steve Jobs")

"İkinci planda ən yaxşı aktrisa" - Keyt Uinslet ("Steve Jobs")
"Ən yaxşı bəstəkar" - Ennio Morrikone ("The Hateful Eight")
"Ən yaxşı dramatik serial" - "Mr Robot"
"Ən yaxşı komediya serialı" - "Mozart In The Jungle"
"Ən yaxşı mini serial" - "Wolf Hall"
"Xarici dildə ən yaxşı film" - "Son of Saul" (Macarıstan)

Milli.Az



















































































































































































































































Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR