Samux sakinini döyüblər
Hadisə gecə saat 1 radələrində baş verib.
Milli.Az xəbər verir ki, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, Samux rayon sakini 41 yaşlı Elnur Rüstəmov xəstəxanaya gətirilib. Onun müayinəsi zamanı alnın cızılmış və qarnın küt tavması aşkarlanıb və ilkin tibbi yardım göstərilərək, palataya yerləşdirilib.
Elnur Rüstəmovu Samux rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım avtomobili ilə gətiriblər və həkimlərin sözlərinə görə, o sərxoşdu.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az