​Rusiya kosmik proqramlara ayırdığı maliyyəni azaldır

​Rusiya kosmik proqramlara ayırdığı maliyyəni azaldır
10:17 11 Yanvar 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Rusiya Dövlət Kosmik Şirkəti 2016-2025-ci illərdə Beynəlxalq Kosmik Mərkəzin saxlanılması üçün xərcləri 400 milyon dollaradək (30 milyard rubl) azaltmağa məcbur olub.
"Report" TASS-a istinadən xəbər verir ki, Rusiyanın dövlət büdcəsindən qarşıdakı 10 ildə Beynəlxalq Kosmik Mərkəzin saxlanılması üçün 252,1 milyard dollar pul ayrılıb.
İnformasiyaya görə, ümumilikdə isə Rusiyanın Federal Kosmik Proqramına dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti 25 faiz azalaraq, bir triliyon 521 milyard rubl (təxminən 20 milyard dollar ) təşkil edib.
Beynəlxalq Kosmik Mərkəzin saxlanılmasına ildə 6-6,5 milyard dollar xərclənir. Bu pulun yarısını isə ABŞ ödəyir, qalan xərclər isə Avropa Bilriyi, Rusiya və Yaponiyanın payına düşür. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiya-kosmik-proqramlara-ayirdigi-maliyyeni-azaldir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR