Bakıda ər arvadını sifarişlə öldürtdü

Bakıda ər arvadını sifarişlə öldürtdü
10:19 11 Yanvar 2016
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Rüstəm Rzayev arvadını qətlə yetirmək üçün 2 min manat verib

Bakıda sifarişli qətl törədilib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Sevil Rzayeva yaşadığı evdə naməlum şəxslər tərəfindən qətlə yetirilib.

 

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin qadının həyat yoldaşının sifarişi əsasında həyata keçirildiyi müəyyənləşib.

 

Araşdırmalar zamanı məlum olub ki, S. Rzayevanın əri Rüstəm Rzayev Elşad Həsənov və onun qohumu Kərim Həsənova arvadını qətlə yetirmək üçün 2 min manat verib.

 

Həyata keçirilən tədbirlər nəticəsində R. Rzayev, E. Həsənov və K. Həsənov tutularaq istintaqa təhvil veriliblər.

 

Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228157

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR