Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ər xanımını öldürmək üçün "adam tutdu"

Azərbaycanda ər xanımını öldürmək üçün "adam tutdu"

Date: 11 January 2016 10:30

Bakıda sifarişli qətl törədilib.

Milli.az bildirir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Sevil Rzayeva yaşadığı evdə naməlum şəxslər tərəfindən qətlə yetirilib.

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin qadının həyat yoldaşının sifarişi əsasında həyata keçirildiyi müəyyənləşib. Araşdırmalar zamanı məlum olub ki, S.Rzayevanın əri Rüstəm Rzayev Elşad Həsənov və onun qohumu Kərim Həsənova arvadını qətlə yetirmək üçün 2 min manat verib.

Həyata keçirilən tədbirlər nəticəsində R.Rzayev, E.Həsənov və K.Həsənov tutularaq istintaqa təhvil veriliblər. Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.


Tags:  bakida qetl bakida sifarisli qetl heyat yoldasinin sifarisi istintaq emeliyyat tedbirleri

RƏYLƏR


Top news