Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Xumar Qədimovanın qarşısında baş əydi - fotolar

Xumar Qədimovanın qarşısında baş əydi - fotolar

Xumar Zaurla küsülü imiş: "Bir il məni danışdırmadı" (15 Mart 2017 13:22)
Xumar Qədimovaya "Əməkdar artist" adı verildi (03 Mart 2017 18:34)

Tarix: 11 Yanvar 2016 10:26

Müğənni Xumar Qədimova "5/5" verilişinin 2016-cı ildəki ilk qonağı olub.

Axşam.az-ın məlumatına görə, hər zaman fərqliliyi ilə seçilən ifaçını bu dəfə proqramın yaradıcı heyəti təəccübləndirib. Belə ki, X.Qədimova studiyaya yelləncəklə yuxarıdan enib. Azərbaycan teleməkanında ilk dəfə edilən bu sürpriz müğənnini heyrətləndirib.

Verilişin aparıcısı Zaur Kamal müğənniyə olan heyranlığını belə ifadə edib:

"Çox sevdiyim, dinlədiyim ifaçılar var. Amma Xumar xanım onların ilkidir".

Ötən il bir-birindən maraqlı layihələrə imza atan X.Qədimova 2016-cı ildə bu ənənəsinə sadiq qalacağını bildirib. O, pərəstişkarlarını gözəl mahnılarla sevindirəcəyini deyib.

Verilişin ən maraqlı məqamlarından biri də Z.Kamalın ifaçı qarşısında baş əyməsi olub.

















Teqlər:  Xumar Qədimovanın qarşısında baş əydi fotolar



RƏYLƏR


Top xəbərlər