Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dağıstanda terrorçu öldürüldü

Dağıstanda terrorçu öldürüldü

Date: 11 January 2016 10:47

Dağıstanın Tsumadin rayonunda keçirilən xüsusi əməliyyat nəticəsində yerli yaraqlı dəstənin bir üzvü məhv edilib.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə "RİA Novosti"yə respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Əməliyyat məlumatına görə, Kvanada kəndindəki evlərin birində yerli quldur dəstənin bir yaraqlı üzvü gizlənib. Təslim olmaq təklifinə cavab olaraq isə o, təhlükəsizlik işçilərinə atəş açıb. Nəticədə cavab atəşi ilə o zərərsizləşdirilib.

Milli.Az


Tags:  Dağıstanda terrorçu öldürüldü


RƏYLƏR


Top news