Zərdab rayon prokuroru Süleyman Süleymanov vəzifəsindən uzaqlaşdırılıb.
Milli.az bildirir ki, bu barədə qafqazinfo-ya Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. O bildirib ki, S.Süleymanov rayon prokurorluğunun işinin təşkilində yol verdiyi nöqsanlara görə baş prokurorun müvafiq əmri ilə tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, S.Süleymanov 2013-cü ildə bu vəzifəyə təyin olunmuşdu.