Havanın yağmursuz olacaq (VİDEO)

Havanın yağmursuz olacaq (VİDEO)
10:51 11 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın 11-də Bakı və Abşeron yarımadasında gün ərzində hava dəyişkən buludlu keçəcək. Axşama doğru buludluluq artacaq. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gündüz 9° isti olacağı ehtimal olunur.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava buludlu keçəcək. Gündüz saatlarında duman və çiskin olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun 7° isti olacağı gözlənilir.

Qərb bölgələri: Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən tutulub-açılan dəyişkən buludlu olacaq. Səhər saatlarında da bu bölgələrdə bəzi ərazilərdə zəif duman gözlənilir. Qərb istiqamətindən əsən külək günün ikinci yarısından sonra daha da güclənəcək. Havanın temperaturu isə 9° istini göstərəcək.

Şimal-qərb bölgələri: Balakən, Zaqatala , Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Xaçmaz və Qusar rayonlarında hava dəyişkən buludlu olacaq. Bu rayonlarda bəzi ərazilərdə qərb istiqamətində əsən küləyin arabir güclənəcəyi ehtimal edilir. Havanın temperaturunun 7° isti olacağı müşahidə olunacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən dəyişkən buludlu olacaq. Çiskin müşahidə olunacaq. Havanın temperaturu 11° isti olacaq.

Cənub-şərq bölgələri: Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz hava əsasən buludlu olacaq. Bəzi ərazilərdə zəif duman müşahidə olunacaq. Axşama doğru əsən qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gündüz 10° isti olacağı deyilir.

Naxçıvan Muxtar Respublikasının ərazisində də hava dəyişkən buludlu olacaq. Səhər saatlarında bəzi ərazilərdə zəif duman müşahidə ediləcək. Havanın temperaturu isə 9° istini göstərəcək.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=369378

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR