Leonardo Di Kaprio ən yaxşı dram aktyoru seçildi (Siyahı)

Leonardo Di Kaprio ən yaxşı dram aktyoru seçildi (Siyahı)
11:04 11 Yanvar 2016
50 Şou
Ölkə mətbuatı
A- A+

73-cü “Qızıl qlobus” mükafatlandırma mərasiminin qalibləri bəlli olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur mükafatın builki qalibləri sırasında Leonardo Di Kaprio, Keyt Uinslet, Cennifer Lourens, Ledi Qaqa, Mett Deymon kimi məşhurlar da var. Mükafatlandırma gecəsinin rekordçusu isə rejissor Alexandro Qonsales İnyarritunun “Sağ qalmış” (“The Revenant”) dramı olub. Filmin baş rol ifaçısı Leonardo Di Kaprio “Dram janrında ən yaxşı kişi aktyor” nominasiyasının qalibi seçilib. İnyarritu özü isə “Ən yaxşı rejissor” adını alıb.

“Qızıl qlobus – 2016”-nın qaliblərinin siyahısı belədir:

Ən yaxşı dram - “Sağ qalmış” (“The Revenant”)

Ən yaxşı komediya və ya müzikl – “Marslı” (“The Martian”)

Ən yaxşı rejissor – Alexandro Qonsales İnyarritu, “Sağ qalmış”

Ən yaxşı kişi rolu (dram)Leonardo Di Kaprio, “Sağ qalmış”

Ən yaxşı qadın rolu (dram) – Bri Larson, “Otaq” (“Room”)

Ən yaxşı kişi rolu (komediya və ya müzikl) – Mett Deymon, “Marslı”

Ən yaxşı qadın rolu (komediya və ya müzikl) – Cennifer Lourens, “Coy” (“Joy”)

İkinci planda ən yaxşı aktyor – Silvester Stallone, “Krid: Rokkinin irsi” (“Creed”)

İkinci planda ən yaxşı aktrisa – Keyt Uinslet, “Stiv Cobs” (“Steve Jobs”)

Ən yaxşı ssneari – “Stiv Cobs”
 
Xarici dildə ən yaxşı film – “Saulun oğlu” (“Son of Saul”)
 
Ən yaxşı mahnı – “ Writing's On The Wall” (“007: Spektr”)

Ən yaxşı film musiqisi – Ennio Morrikone, “Nifrət edilən səkkizlik” ( “The Hateful Eight”)

Ən yaxşı animasiya filmi – “Tapmaca” (“İnside Out”)

Ən yaxşı televiziya serialı (dram) – “Cənab robot” (“Mr Robot”)

Ən yaxşı televiziya serialı (komediya və ya müzikl) – “Mosart Cunqliyada” ( “Mozart in the Jungle”)

Televiziya üçün ən yaxşı mini-serial və ya film – “Canavar zalı” ( “Wolf Hall”)

Ən yaxşı serial aktyoru (dram) – Con Hemm, “Ağılsızlar”
 
Ən yaxşı serial aktrisası (dram) – Taradci P.Henson, “İmperiya”

Ən yaxşı serial aktyoru (komediya və ya müzikl) – Qabriel Qarsia Bernal, “Mosart Cunqliyada”

Ən yaxşı serial aktrisası (komediya və ya müzikl) – Reyçel Blum, “Dəlisov keçmiş sevgili” (““Crazy Ex Girlfriend”)

Televiziya üçün ən yaxşı mini-serial və ya film aktyoru – Oskar Ayzek, “Mənə qəhrəmanı göstərin” (“Show Me a Hero”)

Televiziya üçün ən yaxşı mini-serial və ya film aktrisası – Ledi Qaqa, “Amerika dəhşətlər tarixi” (“American Horror story”)

İkinci planda televiziya üçün ən yaxşı mini-serial və ya film aktyoru – Kristian Sleyter, “Cənab robot”

İkinci planda televiziya üçün ən yaxşı mini-serial və ya film aktrisası – Mora Tirni, “Sevgililər”

Leonardo Di Kaprio

Alexandro Qonsales İnyarritu

Bri Larson

Cennifer Lourens

Keyt Uinslet


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43978

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR