Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Səhiyyə Nazirliyi: Azərbaycanda "donuz qripi" virusuna yoluxma halı aşkarlanmayıb

Rusiyada “quş qripi” təhlükəsi - 11 min... (05 Mart 2017 01:13)
Rusiyada “quş qripi”ndən 11 mindən çox toyuq tələf olub (05 Mart 2017 00:05)
Moskva ətrafında “quş qripi” tüğyan edir (04 Mart 2017 23:59)

Tarix: 11 Yanvar 2016 11:02

Nazirlik rəsmisi deyib ki, bu günə qədər "donuz qripi" ilə bağlı Azərbaycanda hər hansı şübhəli hal olmayıb.
Onun sözlərinə görə, ölkədə epidemioloji durum tam stabildir və ciddi nəzarət altındadır: "Əhali arasında yoluxma halı və təhlükəli hal müşahidə olunmayıb".
Qeyd edək ki, Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev bir müddət əvvəl "Donuz qripi xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalamışdı. Əmrdə ağır kəskin respirator xəstəlik halları barədə məlumat daxil olduğu halda dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli xəstələrdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, Respublikanın şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılmışdı.

Teqlər:  Səhiyyə Nazirliyi Azərbaycanda donuz qripi virusuna yoluxma halı aşkarlanmayıb



RƏYLƏR


Top xəbərlər