Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbyacanın təhsil müəssisələrində yanvarın 19-da ilk dərs 20 Yanvar faciəsinə həsr ediləcək

Date: 11 January 2016 11:03

Bakı. İlhamə İsabalayeva – Trend:

Ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində yanvarın 19-da ilk dərs 20 Yanvar faciəsinə həsr ediləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, təhsil naziri Mikayıl Cabbarovun “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün qeyd edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri"ndə öz əksini tapıb.

Əmrə əsasən, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbyacanın təhsil müəssisələrində yanvarın 19-da ilk dərs 20 Yanvar faciəsinə həsr ediləcək

RƏYLƏR


Top news