Çin hökuməti 2500 müəssisəni bağlayır

Çin hökuməti 2500 müəssisəni bağlayır
11:03 11 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Pekin, 11 yanvar, AZƏRTAC
Çin hökuməti hava çirkliliyi ilə mübarizə istiqamətində bu il 2500 kiçik müəssisəni bağlamağı planlaşdırır. Paytaxt Pekinin ərazisində olan bu müəssisələr ekologiyanı nisbətən daha çox korlayanlardır.
Son illər hökumət hava çirklənməsini azaltmaq məqsədi ilə böyük şəhərlərdəki iri müəssisələrin şəhər kənarına köçürülməsini və ekoloji standartalara uyğun olmayanlarının bağlanmasını qərara alıb. Çin Ətraf Mühitin Mühafizəsi Nazirliyinin məlumatına görə, təkcə 2015-ci ildə ölkə üzrə 17 min bu cür müəssisə bağlanmış, 28 mindən çox istehsal sahəsində isə işlər müvəqqəti dayandırılmışdı. Bağlanan istehsal sahələri əsasən kimya sənayesi və metal əritmə zavodlarıdır.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHin_hokumeti_2500_muessiseni_baglayir-917362

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR