Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

60-dan çox adam həbs edildi, 50-si buraxıldı - Nardaranda

60-dan çox adam həbs edildi, 50-si buraxıldı - Nardaranda

Date: 11 January 2016 11:12

Bakının Nardaran qəsəbəsində ümumilikdə 60-dan çox şəxs barəsində inzibati qaydada həbs tədbiri seçilib.

Milli.az aznews.az-a istinadən bildirir ki, hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, hazırda inzibati qaydada həbs olunan 15 Nardaran sakini Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılır.

Məlumata görə, inzibati qaydada həbs olunan şəxslərdən 50-dən çoxu artıq azadlığa buraxılıb.

Qeyd edək ki, ötən il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib.


Tags:  nardaran nardaranda hebs olunanlar inzibati hebs azadliga buraxilib

RƏYLƏR


Top news