Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həyat yoldaşını qəbiristanlıqda öldürən polis əməkdaşı şikayət etdi

Həyat yoldaşını qəbiristanlıqda öldürən polis əməkdaşı şikayət etdi

Date: 11 January 2016 11:12

Həyat yoldaşını qəbiristanlıqda güllələyən sabiq polis əməkdaşı Rövşən Mehdiyev barəsində olan hökmdən kassasiya şikayəti verib.

Milli.Az APA-ya istinadən bildirir ki, R. ğMehdiyevin kassasiya şikayətinə yanvarın 13-də baxılacaq.
 
Qeyd edək ki, R.Mehdiyev Suraxanı rayonunun Günəşli qəsəbəsindəki qəbiristanlıqda həyat yoldaşı Cəmilə Mehdiyevaya ov tüfəngindən atəş açaraq öldürüb.
 
Hadisədən sonra Rövşən Mehdiyev "102" xidmətinə zəng vuraraq törətdiyi əməl barəsində məlumat verib. Hadisə yerinə Suraxanı rayon Polis İdarəsinin əməkdaşları gəliblər. R.Mehdiyev könüllü polisə təslim olduqdan sonra cinayətdə istifadə etdiyi silahı da təhvil verib.

Rövşən Mehdiyev həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini deyib. Araşdırmalar zamanı R.Mehdiyevin keçmiş polis əməkdaşı olduğu məlum olub.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mehdiyev 11 il müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən R.Mehdiyev apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib. Lakin şikayəti təmin edilməyib.

Milli.Az


Tags:  Həyat yoldaşını qəbiristanlıqda öldürən polis əməkdaşı şikayət etdi


RƏYLƏR


Top news