Azərbaycanın təhsil müəssisələrində yanvarın 19-da ilk dərs 20 Yanvar faciəsinə həsr ediləcək

11:17 11 Yanvar 2016
30 Sosial
Ölkə mətbuatı
A- A+

Eyni zamanda, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən toplantı, konfrans və mühazirələrin keçirilməsi, xüsusi qəzetlər, bülletenlər, stendlər və guşələrin yaradılması, vətənpərvərlik mövzusunda bədii qiraət gecələrinin təşkil edilməsi də nəzərdə tutulub.
Həmçinin, Bakı şəhərində və bölgələrdə şəhidlərin xatirəsinə ucaldılan abidələrə, şəhidlər xiyabanlarına şagird və tələbələrin ziyarəti təşkil olunacaq.
Xatırladaq ki, təhsil naziri Mikayıl Cabbarov "20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün qeyd edilməsi barədə" əmr imzalayıb. Əmrə əsasən, ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/azerbaycanda-tehsil-muessiselerinde-yanvarin-19-da-ilk-ders-20-yanvar-faciesine-hesr-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR