Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Xərçəng" xəstəsi olan xalq artistinin səhhətindən xəbər var

"Xərçəng" xəstəsi olan xalq artistinin səhhətindən xəbər var

Date: 11 January 2016 11:37

Səhhətim qaydasındadır, özümü də çox yaxşı hiss edirəm.

Milli.Az bildirir ki, bunu aznews.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Rafiq Hüseynov deyib. O, hələ ki müalicəyə ehtiyacının olmadığını deyib: "Hər şey yaxşıdır. İş başında, dostların əhatəsində olmaq insanın əhval-ruhiyyəsinə gözəl təsir edir". 

R.Hüseynov qeyd edib ki, təkrar müayinə ilə əlaqədar Türkiyəyə mart ayında gedəcək.

Qeyd edək ki, R.Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkir və o, bununla əlaqədar Türkiyədə əməliyyat olunub.

Milli.Az


Tags:  Xərçəng xəstəsi olan xalq artistinin səhhətindən xəbər var


RƏYLƏR


Top news