Mübariz Əhmədoğlu: Gürcüstanın başladığı "qaz müstəqilliyi oyunu" özünün əleyhinədir

Mübariz Əhmədoğlu: Gürcüstanın başladığı "qaz müstəqilliyi oyunu" özünün əleyhinədir
11:43 11 Yanvar 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Rusiya Gürcüstan ərazisi vasitəsilə Ermənistana nəql olunan qazın tranzit şərtini həmişə dəyişmək istəyib. Çünki bu tranzitə müəyyənləşdirilmiş tarif siyasi tarifdir və beynəlxalq aləmdə olan qiymətdən 2,5 dəfə çoxdur.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, amma bu məsələdə heç bir hərəkət olmadığı üçün “Qazprom” arzusunu reallaşdıra bilmirdi: "İndi Baş nazirin müavini və Enerji naziri K.Kaladzenin və ya eks-baş nazir B.İvanişvilinin “Azərbaycandan müstəqil olmaq” mifologiyası bu məsələdə hərəkət yaratdı. “Qazprom” bundan dərhal öz maraqları üçün istifadə etdi. “Qaz müstəqilliyi” oyununun hansı şərt daxilində və ya nə vaxt bitəcəyini indidən demək mümkündür: Rusiya qazının Ermənistana tranzit haqqı 10 faizdən 5 faizə düşdükdən sonra bu oyunlar kəsiləcək. Bəlkə də “Qazprom” gürcü mütəxəssislərinin bu qədər naşı olacağını, ciddi səhv edəcəyini gözləmirdi. Bu məsələnin daha dərin səbəblərinin olması çox ehtimallıdır".

M.Əhmədoğlu deyib ki, B.İvanişvili Qazprom”un səhmdarlarındandır: ""Qazprom" bundan istifadə edib Gürcüstanla tranzit məsələsini öz maraqlarına uyğun nizamlamaq istəyir: "B.İvanişvilinin səhmləri ilə bağlı aparılan yüngülvari əməliyyat B.İvanişvilini təşəbbüskar olmağa təhrik etdi. B.İvanişvili K.Kaladzeni “Qazprom”la danışıqlar aparmağa şirnikləşdirir. Nəhayət, qaz danışıqlarının müəyyən mərhələsində “Qazprom”un sədri A.Miller RF-in Ermənistana qaz nəqli üçün Gürcüstandan ehtiyacının olmayacağını dilə gətirdi. Guya “Qazprom” İranla svop əməliyyatına gedib, Ermənistanı İran qazı ilə təmin edəcəkdir, sonra isə RF bu qazı İrana dünyanın başqa ölkəsində tutaq ki, Türkiyədə və ya Azərbaycanda qaytaracaqdır. Əlbəttə İrandan aldığı qazı Rusiyanın harada qaytaracağı o qədər də vacib məsələ deyil. Çünki Rusiyanın İran qazını Ermənistana buraxması da siyasi cəhətdən qeyri-mümkündür. RF-də başa düşürlər ki, Ermənistan antirusiyadır və bu antirusiyaçılıqda təkcə Qərblə deyil, İranla da əməkdaşlıq edir. Eləcə də, İranın və Rusiyanın Qafqaz regionu üzrə maraqları kəskin surətdə fərqlənir".

Mərkəz rəhbəri qeyd edib ki, İran-Ermənistan qaz kəmərinin diametrinin 2000 mm-dən 700 mm-ə qədər daraltması, İran vəsaitinin hesabına tikilməsinə baxmayaraq, sonradan bu kəməri öz balansına keçirməsi də RF tərəfdən siyasi amillərlə şərtlənirdi: "Belə psixoloji nüansların olması da Rusiyanı Gürcüstan üzrə tranzit haqqını aşağı salmasına maneçilik etməyəcək. K.Kaladzenin bəyanatı İranda daha böyük hərəkət yaratdı. İran Neft Nazirliyinin Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kamili elə açıqlama yaydı ki, guya İran və Gürcüstanın nümayəndə heyətləri görüşüb, bir neçə raundda danışıqlar aparıblar, hər şeyi razılaşdırıb, bircə müqavilənin imzalanması qalıb. Əslində heç bir müzakirə aparılmayıb. Bu açıqlamaya Azərbaycanın müvafiq strukturları əsaslandırılmış cavab verdilər".

M.Əhmədoğlu hesab edir ki, İranın neft-qaz sahəsində problemi təkcə Qərbin sanksiyaları ilə əlaqəli deyil: "İran istəsəydi Qərbin neft-qaz sanksiyalarını xeyli zəiflədə bilərdi. Məhz Kamili kimi mütəxəssislərin savadsızlığı hesabına İran Qərb qarşısında belə qəliz vəziyyətə düşdü. İranın puluna tikilmiş qaz kəmərini Rusiyanın təsirindən qoruya bilmədilər. İndi Rusiya ilə svop edib, Gürcüstana qaz satacaqsa bunun üçün ancaq Rusiyaya yalvarılmalı və Rusiyanın şərtləri qəbul edilməlidir. Rusiyanı Avropanın qaz bazarından qovmağa hazırlaşan Kamili inanır ki, RF İrana Gürcüstan və Ermənistana qaz satmağa şərait yaradacaq. Kamili Ermənistandan Gürcüstana gedən qaz kəmərini göstərə bilməz".

Politoloq bildirib ki, çünki belə kəmər yoxdur: "Gürcüstanla Ermənistan arasında bircə qaz kəməri mövcuddur, o da indi avers rejimində qazı Gürcüstandan Ermənistana ötürür: "Bu kəmərin revers rejiminə, yəni Ermənistandan Gürcüstana qaz nəql etmək rejiminə keçirmək üçün müəyyən qədər vaxt və maliyyə resursu lazımdır. Amma daha vacibi kəmərin revers rejiminə keçməsi ilə bağlı Rusiya, Ermənistan və Gürcüstanın siyasi qərarı lazımdır. Hər halda Kamilinin bu bəyanatı verməyə vadar edən səbəblər barədə düşünmək olar; Gürcüstanın baş nazirinin müavini, energetika naziri K.Kaladze “Azərbaycanı cəzalandırmaq” istəyirdi. Onun bu addımı Kamilinin daha böyük antiazərbaycançılığını alovlandırdı. Ancaq sonda hər iki tərəf başa düşəcəkdir ki, nəinki Azərbaycan Respublikası, hətta Azərbaycan faktoru çox güclüdür".

M.Əhmədoğlu deyib ki, İran qazının Avropa bazarına çıxarılmasının ilk əvvəllərdə Azərbaycan Respublikasının imkanları alternativsizdir: "İranın Avropaya 60-100 milyard kub metr qaz kəmərini tikməyə maliyyə resursu yoxdur. Geosiyasi şərait də buna imkan vermir. İran həm öz ərazisində, həm də Avropa dövlətlərinin birinin ərazisində iki sıxılmış qaz zavodunu da tikməyə maliyyə imkanı yoxdur. İranın Avropaya qaz satması tədricən baş verməlidir və bu başqa dövlətin qaz kəmərləri vasitəsilə reallaşmalıdır. Bu isə yalnız Azərbaycanın qaz infrastrukturları vasitəsilə mümkündür".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İngilis klubu "Real Madrid"in futbolçusunu aldı

23 İyul 2017 14:59

Boksçularımız Dağıstandan 3 medalla qayıdırlar

23 İyul 2017 14:58

ABŞ Kongresi Rusiyaya qarşı yeni sanksiyalara razılaşıb

23 İyul 2017 14:57

"Adamın gülməyi gəlir" - Faiq Ağayev tənqid etdi

23 İyul 2017 14:57

"Alınmırsa, boşanmaq lazımdır" - Emil

23 İyul 2017 14:57

"Real"ın ulduzu rəsmən "Mançester Siti"də - 192 milyon oldu

23 İyul 2017 14:57

"Onlara yazığım gəlir" - Gülay

23 İyul 2017 14:57

Rusiyalı deputat Soçi görüşünu dəyərləndirdi: "Münasibətlər inkişaf edəcək"

23 İyul 2017 14:54

Uşağınızın qız olmasını istəyirsinizsə, bunları yeyin - İNANILMAZ ÜSUL

23 İyul 2017 14:47

I və IV ixtisas qrupları üzrə qəbul imtahanları suallarının düzgün cavabları açıqlandı

23 İyul 2017 14:44

Rusiyada təyyarə gölə düşdü

23 İyul 2017 14:43

Dünyada yeni avtomobil istehsalçısı peyda oldu - FOTO

23 İyul 2017 14:42

"Qarabağ" futbol klubunun ilk fan-şopu açılıb

23 İyul 2017 14:37

Ukrayna vətəndaşlığı alan azərbaycanlıların sayı açıqlandı

23 İyul 2017 14:33

O, amerikalı Karenindir - FOTO

23 İyul 2017 14:32

Faiq Ağayevdən kinayəli sözlər: "Aş olan yerdə tumun yeri yoxdur"

23 İyul 2017 14:29

"Mançester Siti" Danilonun transfer etdi

23 İyul 2017 14:27

"Fənərbaxça" Eto'Onu transfer etmək istəyir

23 İyul 2017 14:27

Xaçmaz bazarında dükanlar yandı

23 İyul 2017 14:27

Biləsuvarda maşının dəmiri çıxdı, qadını yaraladı

23 İyul 2017 14:27

Pentaqonun S-400 qorxusu: Bu dəfə Türkiyəyə görə narahatdır

23 İyul 2017 14:23

Şou ulduzu çılpaq fotolarını yaydı - FOTO

23 İyul 2017 14:22

I və IV ixtisas qrupları üzrə qəbul imtahanları: cavablar açıqlandı

23 İyul 2017 14:22

Türkiyədə 4 bal gücündə zəlzələ olub

23 İyul 2017 14:14

Çində dəhşət: 7 ölü

23 İyul 2017 14:13

Biləsuvarda bir maşının təkərindən çıxan dəmir digər avtomobilin sərnişininə ağır xəsrət yetirib

23 İyul 2017 14:12

Sirli, müəmmalı meşə - FOTO

23 İyul 2017 14:05

Bakıda evə basqın edib seyfdən külli miqdarda pul apardılar

23 İyul 2017 14:04

İnsanlar məhv olandan sonra dünya bu cür olacaq - ŞOK FOTOLAR

23 İyul 2017 14:03

İşdən çıxan mətbuat katibi Ağ Evdəki soyuducunu oğurladı

23 İyul 2017 13:54

Makronun reytinqi 10% aşağı düşüb - SORĞU

23 İyul 2017 13:48

Ukrayna yığmasının ulduzu "Qarabağ"da?

23 İyul 2017 13:47

Özünə sevgi məktubu yazan eybəcər

23 İyul 2017 13:47

Xaçmaz bazarında yanğın baş verib

23 İyul 2017 13:42

Ən maraqlı pişiklər - FOTO

23 İyul 2017 13:42

Bakıda maşının nömrə yerinə “seks” yazan sürücü yaxalandı -

23 İyul 2017 13:39

İQ səviyyələri ən yüksək olan 20 DAHİ

23 İyul 2017 13:38

Sulavesi adasında 5,5 bal gücündə zəlzələ olub

23 İyul 2017 13:32

Məşhur aktyorun sevgilisi istirahətdə - FOTO

23 İyul 2017 13:32

Xəzərdə batan şəxsin həyatı xilas edildi

23 İyul 2017 13:29

Ərdoğandan çağırış: "Bizi aldatmağa çalışmayın"

23 İyul 2017 13:28

Məşhur Türkiyəli müğənni Şəmkirə toya gəlib - FOTO

23 İyul 2017 13:24

“Qızımın dünyaya gəlməsini istəmirdim” - Flora Kərimova

23 İyul 2017 13:22

Yadplanetlilər haqqında bunları bilirdinizmi?

23 İyul 2017 13:17

Hyundai i30-u fastbəkə çeviriblər - FOTO

23 İyul 2017 13:17

Sabahın hava proqnozu -

23 İyul 2017 13:16

Qadınlara necə kişi lazımdır: intellektual, yoxsa?.. - Bürclər ÜZRƏ SEÇİM

23 İyul 2017 13:12

Sabahın hava proqnozu

23 İyul 2017 13:08

“Qarabağ” - "Şerif" oyununda anşlaq olacaq

23 İyul 2017 13:07

Rusiyanın Birinci kanalının teleaparıcısı dünyasını dəyişib

23 İyul 2017 13:07