Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Putin: "NATO genişləndirilməsi Qərbin ən böyük səhvidir"

Putin: "NATO genişləndirilməsi Qərbin ən böyük səhvidir"

Le Pen Kremldə: Putin Qərbi öz silahı ilə vurur (24 Mart 2017 16:38)
"Mən NATO-nun fanatıyam" (19 Fevral 2017 10:48)
"Mən NATO-nun fanatıyam" (19 Fevral 2017 09:47)

Tarix: 11 Yanvar 2016 11:44

"NATO sərhədlərinin şərqə tərəf genişləndirilməsi və qlobal Hava Hücumundan Müdafiə Sisteminin yaradılması Qərbin ən böyük səhvidir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Almaniyanın "Bild" nəşrinə müsahibəsində Rusiya prezidenti Vladimir Putin bildirib.

 

"Biz hər şeyi düzgün etmədik. 25 il bundan öncə Berlin divarı dağılsa da, Avropanın parçalanmasının qarşı alınmadı, görünməyən divarlar isə sadəcə şərqə tərəf çəkildi", - deyə o qeyd edib.
 

Rusiya prezidentinin fikrincə, bu, gələcəkdə qarşılıqlı ittihamlar, anlaşılmazlıqlar və böhranlar üçün zəmin yaradıb: "Berlin divarı söküləndən sonra NATO-nun Şərqə doğru genişlənməyəcəyini deyirdilər. Lakin NATO-nun infrastrukturu şərqdə inkişaf etməyə başladı və nəticədə genişlənmə baş verdi".

 


Teqlər:  Putin NATO genişləndirilməsi Qərbin böyük səhvidir



RƏYLƏR


Top xəbərlər