Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Kim çaşır, o tez aşır" - İlhamə Quliyeva

"Kim çaşır, o tez aşır" - İlhamə Quliyeva

Röya Ağdamda, Aygün Bakıda... (17 Mart 2017 14:12)
"Eşşək arabası ilə gəzməyəcəm ki…" - "Porsche" sürən xalq artisti (11 Mart 2017 16:32)
"İlhamə Quliyevanı bağışladım" (08 Mart 2017 12:52)

Tarix: 11 Yanvar 2016 12:08

Xalq artisti İlhamə Quliyeva şou-biznesdə səhv addım atanlara yerini göstərib, müğənniləri barışığa səsləyib. 

Milli.az big.az-a istinadən xəbər verir ki, "ATV magazin onlarla" verilişinə danışan müğənni bildirib ki, kim çaşır, o tez aşır. Mənimlə çaşmaq olmaz:

"Müğənnilər bir-birini qoyurlar ortalığa, toyuq, hinduşka didən kimi didirlər. Barışıqlar tərəfdarıyam. Elə müğənnilər də var ki, onlara qarışmıram. Hələ indiyəcən heç kim mənim sözümü yerə salmayıb. Kimə desəm, barışacaqlar. Ürəyim çox zərifdir mənim. Düşmənlərim üçün hərdən deyirəm ki, əşi yazıqdır, qoy çıxsın getsin, bağışlayıram. Kimi bağışlayıramsa, deməli, ona yazığım gəlir. Onsuz da, rüsvay olmuş bir kəsdir. Bağışladımsa, deməli, o, yazığın biridir. Durub məhkəməyə versəm, yazıq onda diri-diri gedib qəbirdə yatsın. Ona görə də bağışlayıram. Getsin borclarını versin həmin bağışladığım kəs".


Teqlər:  xalq artisti ilhame quliyeva kim casir asir



RƏYLƏR


Top xəbərlər