Azərbaycan yığması "Antalya Cup"da iştirak edəcək

Azərbaycan yığması "Antalya Cup"da iştirak edəcək
11:57 11 Yanvar 2016
26 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Antalya Cup" turnirinə qatılacaq. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, turnir yanvarın 18-də Türkiyənin Antalya şəhərində start götürəcək təlim-məşq toplanışı çərçivəsində təşkil olunacaq.
"Antalya Cup"da Bəhreyn, Səudiyyə Ərəbistanı, Ukrayna, Albaniya və Türkmənistanın U-21 yığmaları da mübarizə aparacaq. Püşkü yanvarın 20-də atılacaq turnirin oyunları yanvarın 22-də, 24-də, 26-da və 28-də keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-yigmasi-antalya-cup

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR