Bakıda yeni oğurluq üsulu - "Sizə gül göndərilib" (VİDEO)

Bakıda yeni oğurluq üsulu - "Sizə gül göndərilib" (VİDEO)
12:23 11 Yanvar 2016
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər Bakıda yeni soyğunçuluq növü yaranıb. Bu barədə sosial şəbəkələrdə və bir sıra küvləvi informasiya vasitələrində məlumat yer alır. Belə ki, bəzi şəxslər qapıları döyərək ev sahibinə gül buketi göndərildiyi deyir, yaxud da avtomobillərini çıxarmaq üçün ev sahibinin öz maşınını ərazidən çəkməsi gərəkdiyini bildirirlər.

ANS PRESS-in məlumatına görə, Pərvin adlı xanım sosial şəbəkədə belə hadisələrdən birinin videosunu paylaşıb və bildirib ki, qırmızı gödəkçəli oğlan mənzillərin qapısını döyərək onlara yaxınları tərəfində gül buketi göndərildiyini deyib. Gənc oğlan qadından qapını açmasını istəyib.

Xanımın sözlərinə görə, o, qapını açmayıb və binanın mühafizəçisini çağırıb. Həmin şəxs isə dərhal binadan uzaqlaşıb. Xanım iddia edib ki, həmin oğlan qaçarkən əlində gül buketi yox, içərisində ağır əşya olan torba olub. Torbadakı əşya onu öldürmək üçün nəzərdə tutulub.


Pərvin adlı xanımın qeydə aldığı video

Bənzər fırıldaqçılıq fəaliyyəti ilə bağlı sosial şəbəkədə daha bir neçə faktlar yayılıb.

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildirdilər ki, sosial şəbəkələrdə və bəzi KİV-də yayılan formada oğurluq, fırıldaqçılıq fəaliyyəti ilə bağlı hələlik konkret fakt qeydə alınmayıb: "Ümumi olaraq mənzilllərdən oğurluq faktları olur. Ancaq bu mövzu ilə bağlı hələlik heç bir məlumat yoxdur. Belə bir halla qarşılaşan vətəndaş nazirliyin "102 " xidmətinə məlumat verməlidir. Bundan başqa son günlər Gürcüstandan Azərbaycana bəzi şəxslərin oğurluq məqsədi ilə gəlməsi ilə bağlı da məlumatlar da yayılıb. Bu məlumatlar həqiqəti əks etdirmir", - deyə nazirlikdən bildirdilər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369388

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR