TV-lərin yetişdirdiyi başa bəla "liderlər"

TV-lərin yetişdirdiyi başa bəla "liderlər"
12:12 11 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

Son parlament seçkilərinin "favoriti" Elza Seyidcahan oldu. 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyini vermiş bəstəkar-müğənni istəyi doğrulmayanda xarici KİV-lərə açıqlama verərək kampaniyanı şübhəyə almağa çalışdı. Keçmiş namizəd iddia etdi ki, "seçkilərdə qələbəni o qazansa da, saxtakarlıq nəticəsində qutudan başqası çıxıb". Sərt siyasi bəyanatların sürətlə tirajlandığını, sosial şəbəkələrdə "like"ların sürətlə artdığını görən müğənni irəli gedərək qohum-əqrabasının təqib olunması, "ona görə vəzifədən çıxarılanların olduğu" kimi şablon açıqlamalardan da istifadə etdi.

Dollar məzənnəsinin qalxımı da özünün orijinal "tirbun"ununu tapdı. Gənc aktrisa Fidan Axundova manatın növbəti devalvasiyası ilə bağlı kəskin çıxış etdi. "Bakı, niyə yatmısan? Niyə küçələrə axışıb etirazınızı bildirmisiniz?" formasında status paylaşan xanım aktrisa manatın dollara nisbətdə ucuzlaşmasına etiraz əlaməti olaraq əhalini ayağa qaldırmağa çağırışlar etdi.
Müğənni Elnarə Xəlilova da etirazçılar sırasındadır. "10 milyardlıq oğurlanmış pulu bizmi qaytarmalıyıq?" formasında status paylaşan müğənni kredit ödənişindəki çətinliyini çözməyin yolunu "mənbəyi bilinməyən" şüarları dilə gətirməkdə görüb.

Siyahını "n" qədər uzatmaq mümkündür. Ötən ilin dekabrından başlayaraq müğənnilərin vergi ödənişi prosesinin ciddiləşməsi şou-biznes əhlini hərəkətə gətirib, etirazçıların sayını artırıb. Amma məsələ etirazçı müğənnilərin kəmiyyətində yox, hadisənin mahiyyətindədir.

Əlbəttə, cəmiyyətdə baş verən proseslərə rəy bildirmək, yaxşını təqdir etmək, problemə etiraz etmək hər bir şəxsin hüququdur və buna görə kimsəni qınamaq olmaz. Amma siyasi bəyanatlar vermək, əhalini kütləvi etiraza və ya itaətsizliyə çağırmaq artıq fərqli status, fərqli müstəvidir, qanunlarla tənzimlənir. Şou-biznesdən fərqli olaraq, siyasət zövqü yox, insan taleyini idarə edir, diletant davranışı heç sevməz. Siyasət adamı bəyanat verərkən, "auditoriya ilə yanaşı öz aqibətini də düşünmək, məsuliyyətli olmaq kimi" qaydaları bilir. Təsadüfi deyil ki, aktrisa Fidan Axundovaya paylaşdığı statusun məsuliyyəti izah edilincə (Cinayət Məcəlləsinin 281-ci maddəsi - dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), statusun "onun adına yaradılmış saxta hesabdan yayıldığını" iddia etdi. Amma bu, mahiyyəti dəyişmir. Söhbət qazandığı milyonlarla vəsaitin vergi qanunvericiliyinə uyğun olaraq cəmi 4 faizini dövlət üçün xərcləmək öhdəliyindən yayınmaq üçün onlara bu milyonları qazandıran ölkəni bir çağırışla qurban etməyə hazır olmaqdan gedir. İllərlə bəslənmiş, nazı çəkilmiş bu qrup ölkənin dar anında ona dəstək durmağı bir yana, hətta qanuni öhdəliyini də icra etmək istəmir. Problem, həm də, sadə vətəndaşın ekstremal durumda şou əhlini "lider" kimi qəbul edib açıqlamalarını ciddiyə almasında, "KİV-lərin" bu şəxsləri həvəslə tirajlamasındadır.

Ölkə TV-lərində əyləncə proqramlarının çoxluğuna, həmçinin bu proqramların səviyyəsinə olan etirazlar yeni deyil. Mövzu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev səviyyəsində 2014-cü ildə rəsmi müzakirəyə də çıxarılıb. Administrasiya rəhbərinin rəsmi mətbuatda "Telekanalların mənəvi dəyərlərə qarşı "səlib yürüşü"" başlığı ilə yayımlanan bu açıqlaması cəmiyyətdə ciddi rezonans doğurdu: "Müasir gənclərimizin bir qismi teleekranın zombiləşdirdiyi qrupa, onların göstərdikləri, yaydıqları total səviyyəsizliyin, mənəvi aşınmanın qurbanına çevrilib. İstisnasız olaraq bütün kanallar vasitəsilə milli-mənəvi dəyərlərə qarşı yürüdülən "səlib yürüşü", ailə institutunun mənəvi dayaqlarının dağılmasını təbliğ edən verilişlərin artması, həmçinin mahnısından çox qalmaqalları ilə məşhur olan müğənnilərin, sponsor sayəsində "sənətkara" çevrilənlərin, şou-biznesi əxlaqsızlıq və bayağılıq kimi qəbul edənlərin televiziya vasitəsilə gənclər üçün örnək, nümunə kimi sırınması nəticə etibarilə mənəvi bəlalarımızın artmasına xidmət etməliydi və edir də!" Akademikin 5 il öncəki "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı araşdırmasında da qeyd edilirdi ki, TV məkanında şou əhlinə çərçivəsiz meydan verilməsi, ziyalıların, mütəxəssislərin efirdən sıxışdırılması ciddi fəsadlara yol açacaq. Nəticə göstərir ki, bu gün bayağı şou əhli təkcə əxlaqi-mənəvi dəyərlər, ailə institutu üçün deyil, ölkənin sabitliyi üçün də təhlükəyə çevrilir. Maddi maraq, ya da ucuz zovqlü auditoriyanın diqqəti xatirinə şou-proqramlarına cəlb edilən şəxslər, əvvəlcə cəmiyyətə "zövq", "əxlaq", "davranış" meyarı olaraq sırınırdısa, indi iştah artıb, iddialar böyüyüb: bu cameə "siyasi lider" qismində görünmək iddiasındadır.

Yeni il tətilinin müzakirə gündəmindən çıxardığı mövzulardan biri də "Televiziya və radio yayımı haqqında", həmçinin KİV haqqında Azərbaycan Respublikasının Qanununa edilən dəyişiklikdir. Qanunun 19-cu maddəsinə edilən dəyişiklik televiziya və radio yayımçılarının fəaliyyətinin dayandırılması, onların fəaliyyətinə xitam verilməsinin məhkəmənin qərarı ilə yanaşı, teleradio yayımı sahəsində müvafiq dövlət orqanının (Milli Televiziya və Radio Şurası) qərarı ilə də həyata keçirilməsini nəzərdə tutur. Dəyişikliyin qəbuluna ciddi zərurət olub. MTRŞ TV-lərdə qanun pozuculuğu, xüsusən milli mənəvi dəyərlərə zidd verilişlərin, o cümlədən bayağı şou proqramların cərimələnməsi ilə bağlı çoxsaylı qərarlar versə də, bu qərarlar ya məhkəmə predimetinə çevrilir, ya da, hətta hökm çıxarılmasına rəğmən, icra edilmirdi. İndi Milli Məclisin qərarı ilə MRTŞ-yə səlahiyyət verilir ki, qəbul etdiyi qərarları özünün icra etmək səlahiyyəti olsun.

Xəzər TV-nin yeni ofisinin açılışına qatılmış Prezidentin siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun çıxışı, TV-lərdə yayımlanan bayağı və zərərli proqramlara verilən qiyməti lakonik ifadə etdi: "Televiziya təkcə biznes sahəsi deyil. Televiziya ailə mədəniyyətimizə, tərbiyəmizə töhfə verməlidir. Televiziya sahəsi ilə məşğul olanlar bunu nəzərə almalıdırlar. Onlar ən nümunəvi ziyalını, mütəxəssisi ekrana çıxarmalıdırlar ki, xalqımızı doğru yola istiqamətləndirsin, onun doğru informasiyaya olan ehtiyacını ödəsin".

Müşfiq Ələsgərli
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Yaponiyanın müdafiə naziri istefa verdi

28 İyul 2017 06:47

Məkkə ətrafında ballistik raket vuruldu

28 İyul 2017 06:44

Министр обороны Японии уйдет в отставку

28 İyul 2017 06:32

Bakıda 3 avtomobil toqquşub, xəsarət alan var

28 İyul 2017 06:32

Körfəz sahilində villa - FOTO

28 İyul 2017 06:32

Ən xeyirli yay meyvələri

28 İyul 2017 06:18

Bakıda taksi sürücüsü mübahisə zamanı intihara cəhd göstərib

28 İyul 2017 06:02

Bakıdan İstanbula uçuşlar ləğv edilib?

28 İyul 2017 05:56

Bakıda 7 mağaza yandı

28 İyul 2017 05:54

Leonardo çoxlu qızla əylənərkən

28 İyul 2017 05:49

Məşhur filmlərin ruhunda masalar - FOTO

28 İyul 2017 05:32

Meyvəli ticarət mərkəzində gənc oğlan bıçaqlanıb

28 İyul 2017 05:27

Bakıda sərxoş piyadanı yük avtomobili vurdu - FOTOLAR

28 İyul 2017 05:23

Yaponların ömrünün uzunluğu rekord həddə çatıb

28 İyul 2017 05:19

İstanbula düşən dolu 10 nəfəri xəstəxanalıq etdi

28 İyul 2017 05:09

Azərbaycan neftinin SON QİYMƏTİ

28 İyul 2017 04:39

Balerinalar şəhərdə - FOTO

28 İyul 2017 04:32

İğtişaşlar törədən 58 nəfərə ömürlük həbs verildi

28 İyul 2017 04:28

Qüdsdə toqquşmalar: azı 120 yaralı

28 İyul 2017 04:14

"Vəziyyəti düzəltmək şansımız var" - Roman Qriqorçuk

28 İyul 2017 03:57

Bill Qeyts artıq dünyanın ən varlı adamı deyil

28 İyul 2017 03:42

ABŞ Senatı Rusiya əleyhinə sanksiyaları təsdiqlədi

28 İyul 2017 03:39

Terrorçular 50-dən çox neftçini öldürdü

28 İyul 2017 03:34

Yayda dəriyə QULLUQ QAYDALARI

28 İyul 2017 03:33

İstənilən ağac üçün pilləkən - FOTO

28 İyul 2017 03:32

Nigeriyada Boko Haram terrorçuları 50 nəfəri öldürüb

28 İyul 2017 03:07

Böyrəyindən 50 parça daş çıxdı

28 İyul 2017 03:00

Azərbaycan Pakistandan 10 təlim-məşq təyyarəsi alıb

28 İyul 2017 02:39

Yeni kolleksiya - FOTOSESSİYA

28 İyul 2017 02:32

"Ərimin qayğısından bezdim"

28 İyul 2017 02:30

Trampın Yaxın Şərq üzrə baş müşaviri də getdi

28 İyul 2017 02:29

"Panatinaikos"un baş məşqçisi: "Təəssüf ki, "Qəbələ"yə cəmi bir qol vurduq

28 İyul 2017 02:17

Avropa Liqası: "Fənərbağça", "Milan", "Everton", "Marsel" qələbəylə başladı - BÜTÜN NƏTİCƏLƏR

28 İyul 2017 02:03

İstanbula şiddətli dolu düşüb

28 İyul 2017 02:00

"Qəbələ"nin baş məşqçisi: "İstədiyimiz, oynaya biləcəyimiz səviyyədə çıxış etmədik"

28 İyul 2017 01:52

Bakıda sərxoş piyadanı yük avtomobili vurub

28 İyul 2017 01:47

Venesuela prezidenti müxalifətə danışıqlara başlamağı təklif edib

28 İyul 2017 01:42

İfaçı özündən 40 yaş kiçik qızla evlənib

28 İyul 2017 01:39

Məşhur müğənni jurnalisti maşınla vurub

28 İyul 2017 01:37

Qazaxda yeniyetmə dondurmadan zəhərləndi

28 İyul 2017 01:33

Ən böyük anbar kompleksi - FOTO

28 İyul 2017 01:32

İphone 6 plus hansı ölkədə neçəyə satılır?

28 İyul 2017 01:12

“Jara”-nın ilk günündə möhtəşəm konsert baş tutdu

28 İyul 2017 01:09

Futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib

28 İyul 2017 01:02

Avropa Liqası: "Qəbələ" "Panatinaikos"la ilk görüşdə uduzub

28 İyul 2017 00:57

Canlı yayımda biyabırçılıq

28 İyul 2017 00:45

Avropa Liqası: “Qəbələ”dən minimalhesablı məğlubiyyət

28 İyul 2017 00:44

Kürdəxanıda arvad ərini bıçaqladı

28 İyul 2017 00:29

Qüdsdə toqquşmalar: 50 yaralı

28 İyul 2017 00:28

Dondurmadan zəhərlənmə

28 İyul 2017 00:24