Azərbaycanlı müğənni 5 saatlıq əməliyyatdan çıxdı: "Danışa bilmir"

Azərbaycanlı müğənni 5 saatlıq əməliyyatdan çıxdı: "Danışa bilmir"
12:14 11 Yanvar 2016
159 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı müğənni Afaq Aslan ötən gün paytaxt xəstəxanalarının birində dodaqlarını və burnunu plastik əməliyyat etdirib. Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O bildirib ki, iki saata nəzərdə tutulmuş əməliyyatı 5 saat çəkib: “İllər öncə naşı bir həkim dodaqlarımın formasını pis hala salmışdı. Dodaqlarıma görə kompleksdə  olurdum. Məhz bu səbəbdən həkim Vüqar Ələkbərova müraciət etdim. O da sağ olsun ki, müraciətimə müsbət yanaşdı. Ancaq əməliyyatım ağır oldu. Çünki 2 saat nəzərdə tutulan əməliyyat 5 saatdan çox çəkdi. Əməliyyat yeni olduğuna üçün danışa bilmirəm. Dodağımla yanaşı burnumu da əməliyyat etdirdim. Hazırda üzümdə şiş var. Hələ bir müddət efirə çıxmayacağam. On gün sonra sarığım açılacaq və yenidən işlərimin başına keçəcəyəm”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228179

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR