Azərbaycanda banklar tərəfindən 2,695 min ədəd bankomat quraşdırılıb

Azərbaycanda banklar tərəfindən 2,695 min ədəd bankomat quraşdırılıb
12:18 11 Yanvar 2016
36 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycanda banklar tərəfindən ötən il dekabrın 1-nə 2,695 min ədəd bankomat quraşdırılıb. Bu göstərici ilin əvvəli ilə müqayisədə 3,3 faiz çoxdur.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bankomatların 1509-u Bakıda, 1186-sı regionlarda quraşdırılıb.
Bu müddətdə respublika ərazisində ticarət və xidmət obyektlərində 76 min 210 ədəd POS-terminal quraşdırılıb. POS-terminalların 47 min 427-si paytaxtın, 28 min 783-ü regionların payına düşür. Pərakəndə ticarət obyektlərində 74 min 733 min ədəd POS-terminal və ya bütün POS-terminalların 98,1 faizi quraşdırılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_banklar_terefinden_2695_min_eded_bankomat_qurasdirilib-917396

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR