Pensiyaçılara ŞAD XƏBƏR

Pensiyaçılara ŞAD XƏBƏR
12:43 11 Yanvar 2016
837 Sosial
Ölkə mətbuatı
A- A+

Dövlət Sosial Müdafiə Fondunun ötən ili sərbəst vəsait qalığı ilə başa vurması cari ilin yanvar ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsinə imkan verib.

DSMF-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhərinin rayonları, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin mərkəzi xəzinə hesabından yerli orqanların hesablarına köçürülməsi artıq başa çatdırılıb.

Bildirək k, yanvar ayının birinci yarısına qədər bu proses bütün ölkə üzrə tam yekunlaşacaq və pensiyaların qrafikdə nəzərdə tutulduğu müddətdən əvvəl vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunacaq.

İlkin məlumata əsasən, hazırda ölkəmizdə əmək pensiyası alan şəxslərin sayı 1 milyon 295 min 900 nəfərdir. Onların 60,1 faizini yaşa görə, 28,9 faizini əlilliyə görə, 11,0 faizini isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228186

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR