Atletika üzrə Bakı çempionatının qalibləri müəyyənləşib

Atletika üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
12:28 11 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Respublika Olimpiya Mərkəzində atletika üzrə paytaxt çempionatı keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, çempionatda 7 klubdan 110 atlet birincilik uğrunda mübarizə aparıb.
Kişilər arasında üçtəkanla tullanmada Orxan Aslanov, uzunluğa tullanmada Eyyub Bayramov, hündürlüyə tullanmada Azər Əhmədov və nüvə itələmə yarışlarında isə Rasim Babayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Valentin Buliçev 60, Yevgeni Kasilov 200, Arif Abbasov isə 400 metr məsafəyə qaçışda birinci olublar. Çempionatda 800 metr məsafəyə qaçış yarışlarında Hakim İbrahimov fərqlənib. Yarışda Elman Abışov 1500, Andrey Aranoviç 3000 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazanıb.
Qadınların mübarizəsində isə Yelena Pextireva 60, Zəkiyyə Həsənova 200, Özləm Əmiraslanova 400 və 800, Elmira Məmmədova isə 1500 metr məsafəyə qaçış yarışlarında birinci olublar. Üçtəkanla və uzunluğa tullanma yarışlarında Yekaterina Sarıyeva qızıl medal qazanıb. Nüvə itələmədə isə Fatimə Musayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İlk üç yeri tutmuş idmançılar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Atletika_uzre_Baki_chempionatinin_qalibleri_mueyyenlesib-917400

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR