Azərbaycan klubunun erməni futbolçu alması İranı qarışdırdı

Azərbaycan klubunun erməni futbolçu alması İranı qarışdırdı
17:12 30 Dekabr 2014
146 İdman
Ölkə mətbuatı
A- A+

Təbrizin "Traktorsazi" klubunun İran vətəndaşı olan erməni əsilli Andranik Teymuryanla müqavilə bağlaması barədə xəbər vermişdik.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu hadisə ölkəmizdə də çoxlu azarkeşi olan kluba etirazlara səbəb olub.
 
"Qurdlar"ın sosial şəbəkələrdəki səhifələrinin bir çoxunda erməni oyunçunun kluba gətirilməsi pislənib. Bəziləri hətta bundan sonra kluba azarkeşlik etməyəcəklərini də bildiriblər.
 
Bu hadisələrdən sonra Təbriz klubunun fanat səhifələri azarkeşlərə müraciət edərək Andranikin kluba transferinin fars rejimi tərəfindən atılan məqsədli addım olduğunu və bununla "Traktorsazi"nin millətçi azarkeşlərinin klubdan soyutmaq istədiklərini deyiblər.
 
"Traktorsazi"nin fanatlarının klubun oyunlarında Teymuryana tribunalardan təzyiq edəcəyi də söylənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/316764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR