İlin ən yaxşı məşqçisi kim olacaq?

İlin ən yaxşı məşqçisi kim olacaq?
12:47 11 Yanvar 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün 2015-ci ilin ən yaxşı məşqçisi adına aydınlıq gələcək.


Qol.Az-ın məlumatına görə, bu mükafata namizədlər Luis Enrike ("Barselona"), Massimiliano Alleqri ("Yuventus" və Xorxe Sampaolidir (Çili millisi).


 İsveçrənin Sürix şəhərində bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq tədbirdə ən yaxşı məşqçinin kimliyi açıqlanacaq. 


Barselona" ilə Çempionlar Liqası, La Liqa və İspaniya kubokunu qazanan Luis Enrike ötən mövsüm komandasını çıxardığı 60 oyunun 50-də qələbə qazanıb, 4-də heç-heçə oynayıb, cəmi 6 görüşdə isə uduzub.


Alleqri isə ötən mövsüm "Yuventus"la A Seriyasını və İtaliya kubokunu qazanıb. Çempionlar Liqasının finalına qədər irəliləyən "Yuventus" Alleqrinin rəhbərliyi altında 56 oyuna çıxıb ki, bunların 37-də qalib gəlib, 12-də bərabərə qalıb, 7 dəfə isə məğlub olub.


Çili millisinin baş məşqçisi Sampaoli isə yığmasına tarixində ilk dəfə olaraq Cənubi Amerika kubokunu qazandırıb. Onun komandası finalda Argentinanı 4:1 hesabı ilə məğlub edərək fəxri mükafata sahib çıxıb.


Xatırladaq ki, ötən mövsüm bu mükafatı Almaniya millisinin çalışdırıcısı Yoahim Löv qazanıb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-lin-n-yax-mqcisi-kim-olacaq-t46706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR