Polis cadugərlərə qarşı hərəkətə keçdi

Polis cadugərlərə qarşı hərəkətə keçdi
12:52 11 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

İraq Daxili İşlər Nazirliyi cadugərliyə və falçılığa qarşı total kampaniyaya başladığını elan edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, rəsmi statistikaya görə, ölkədə 5 mindən çox falçı var.

Onlar öz dua və tilsimləri üçün minlərlə dollar haqq alırlar. Nazirlik bildirib ki, falçılıq ölkə qanunları ilə qadağan edilib.
 
"Əl Ərəbi əl Cədid" qəzeti yazır ki, bazarda satışda olan tilsimlərdən ən bahalısı "güllədən qoruyan tilsimdir" və 1000 dollara satılır. Qəzet yazır ki, belə tilsimləri yaxalarından siyasətçilər və hərbçilər də asırlar.
 
Falçı Əbu Rəhman əl Suhani israr edir ki, falçılıq şəriət qanunlarını pozmur. Cadugər Əbu Vəfa deyir ki, "yəhudi gürzəsi"ndən adətən ər-arvad arasına nifaq salmaq və başqalarına fiziki xəsarət yetirmək üçün istifadə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR