Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Almaniya Qarabağ məsələsinin həllinə kömək edəcək?

Almaniya Qarabağ məsələsinin həllinə kömək edəcək?

Date: 11 January 2016 12:57

Almaniyanın ATƏT-dəki sədrliyi dövründə sülh və təhlükəsizlik əsas prioritet olacaq.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel deyib. 

O qeyd edib ki, üç gündən sonra Almaniya xarici işlər naziri ATƏT Daimi Şurasında prioritetləri açıqlayacaq: "Almaniya sədrliyi "dondurulmuş" adlandırdığımız davam edən münaqişələrə, o cümlədən sizin də cəlb olunduğunuz münaqişəyə diqqət ayıracaq".

Səfir Almaniyanın üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına da böyük diqqət ayıracağını qeyd edib: "Bu istiqamətdə müxtəlif konfrans, biznes forumlar keçiriləcək. Onlar bütün üzv ölkələr üçün açıq olacaq" .

Xatırladaq ki, yanvarın 1-dən ATƏT-in fəaliyyətdə olan sədri vəzifəsi bir il müddətinə Almaniyaya keçib. Bu vəzifəni Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer icra edəcək.

Milli.Az


Tags:  Almaniya Qarabağ məsələsinin həllinə kömək edəcək



RƏYLƏR


Top news