"Ora getməkdənsə, ölkədə qalmaq daha yaxşıdı"

"Ora getməkdənsə, ölkədə qalmaq daha yaxşıdı"
13:05 11 Yanvar 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan yığmasının qapıçısı Səlahət Ağayevin karyerasını harda davam etdirəcəyi hələlik bəlli deyil.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "İnter"dən ayrılan qolkiper Azərbaycan Premyer Liqasının 3 klubu ilə danışıq aparır.

Türkiyə Superliqasında çıxış edən "Osmanlıspor" 25 yaşlı qapıçının xidmətində maraqlı olsa da, bu keçid baş tutmayıb. Çünki klub rəsmiləri Ağayevin transfer məsələsi ilə məşğul olan menecerlə ortaq məxrəcə gələ bilməyiblər.
 
Hazırda Bakıda yığmanın qapıçı-məşqçisi Faiq Əzizovun nəzarəti altında fərdi məşqlər edən Səlahətə Türkiyə PTT I liqa klublarından da təkliflər var. Lakin o, əməkdaşımızla söhbətində karyerasını ölkə daxilində davam etdirmək niyyətində olduğunu bildirib: "PTT I liqasının yuxarı pillələrində qərarlaşan komandalardan təklif gəlsəydi, dəyərləndirmək olardı. Belədə bilərdim ki, onlar Superliqaya vəsiqə qazanmağa iddialıdılar. Lakin hazırkı təkliflər elədi ki, ora getməkdənsə, elə ölkədə qalmaq daha yaxşıdı".
 
Yığmamızın qolkiperi ilə maraqlanan Premyer Liqa təmsilçilərinin adları da məlumdu. Bunlar "Neftçi", "Kəpəz" və "Sumqayıt"dı. Ağayev bu həftə ərzində yeni komandasının dəqiqləşəcəyini deyib.
 
Qeyd edək ki, 2008-ci ildən bu ilin yanvarına qədər "İnter"in şərəfini qoruyan Səlahət Ağayev 2012/13 mövsümünü icarə əsasında "Sumqayıt"da keçirmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/396858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR